Ermənistan - koronavirus və siyasət xaosuna doğru... ANALİTİK

Ermənistan - koronavirus və siyasət xaosuna doğru... ANALİTİK

“Hraparak”: “Hakimiyyət digər məsələlərlə yanaşı, Konstitusiya məhkəməsi məsələsində də qorxulu diletantlıq və çirkli siyasət ortaya qoyub”

Ermənistanda siyasi, iqtisadi, hüquqi və səhiyyə böhranının sürətli şəkildə ölkəni iflic vəziyyətinə gətirib-çıxarması faktı ölkə mətbuatında həyəcan təbili olaraq vurulmaqdadır. SİA xəbər verir ki, bununla bağlı “Hraparak” nəşri yazır. Qəzet qeyd edir ki, konstitusion hüquqlar üzrə mütəxəssislər onlarla söhbətlərində böhranla bağlı ürək açmayan proqnozlar verirlər.

Paşinyan hökuməti özü-özünü dalana dirəyib və oradan sağ-salamat şəkildə çıxacağı inandırıcı görünmür

“Hakimiyyət digər məsələlərlə yanaşı, Konstitusiya məhkəməsi məsələsində də qorxulu diletantlıq və çirkli siyasət ortaya qoyub. “Konstitusiya məhkəməsi ətrafındakı proseslərdə bir sıra təhlükəli qərarlar verilib”, deyən mütəxəssislər bildiriblər ki, Paşinyan hökuməti özü-özünü dalana dirəyib və oradan sağ-salamat şəkildə çıxacağı inandırıcı görünmür. Bu iddianı irəli sürən Ermənistanın siyasi texnoloqları həmçinin bildirirər ki, bugünlərdə müxalifət cinahının fəallaşmasını da nəzərdən qaçırmaq olmaz. Ümumilikdə vəziyyət ani halda nəzarətdən çıxa, ölkə xaosa sürüklənə bilər.

“Hraparak” yazır və qeyd edir ki, digər tərəfdən, parlamentdə koronavirusa yoluxanların sayı çoxdur və kvorum baş tutmaya da bilər...

Mütəxəssislər Konstitusiya məhkəməsinin yeni hakimlərinin bir gündə seçiləcəklərini proqnozlaşdırıblar və bildiriblər ki, hakimiyyət bu yolla böhranı adlamağı düşünür. Lakin bir gündə 3 hakimi seçmək mümkün olmadığı üçün, növbəti qanun pozuntularına yol veriləcək.

“Kifayət edir ki, onlar Konstitusiya məhkəməsi haqqında” qanunu yaddan çıxarsınlar və onu pozsunlar”, deyə “Hraparak” yazır və qeyd edir ki, digər tərəfdən, parlamentdə koronavirusa yoluxanların sayı çoxdur və kvorum baş tutmaya da bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə