“Yoluxduğunu bilərək parlamentə gələnlərə qarşı cinayət işinin açılmasını tələb edirik” Aqasi Yenokyan

"COVID-19 xəstəliyinə yoluxduğunu bilə-bilə Milli Məclis iclaslarında iştirak edən millət vəkillərinə qarşı cinayət işinin açılmasını tələb edirik." Bu fikirləri "Media Hüquqşünas" təşəbbüsünün rəhbəri Aqasi Yenokyan öz Facebook səhifəsindəki bir yazıda paylaşıb.

Aqasi Yenokyan öz Facebook səhifəsində koronavirusa yoluxmuş millət vəkilləri barədə yazıb.
Xatırladaq ki, Ermənistan mətbuatında "Mənim Addımım" fraksiyasının, koronavirus infeksiyasına yoluxan, yoluxduqları barədə məlumatlı olan və bunu bilərək bəzi deputatlarının Milli Məclisin təcili iclasında iştirak etdikləri barədə məlumartlar işıqlandırılır.
Xatırladaq ki, yuxarıda deyilənlərlə əlaqədar olaraq "Çiçəklənən Ermənistan" parlament fraksiyasının deputatı Naira Zohrabyan da brifinqdə bildirib ki, əgər bu həqiqətdirsə, deməli bu çox utancverici və əxlaqsız bir addımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə