Gəncə şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Gəncə Alüminium Zavodunun yenidən fəaliyyətə başlayacağı bildirilib. Müəssisə açılacağı təqdirdə əhalinin məşğulluq probleminin aradan qaldırılması ilə yanaşı, Gəncə Gil-Torpaq İstehsalat Birliyinin ətraf mühitə vurduğu ziyanın da qarşısı alınacaq.
Bir müddətdir fəaliyyətini dayandıran müəssisədən ətraf mühitə zəhərli tozlar yayılır. Ancaq zavodun işə düşməsi ilə yanaşı bu təhlükə aradan qalxacaq.
Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri İrşad Abbasovun SİA-nın qərb bürosuna verdiyi məlumata görə, Gəncə Alüminium Zavodunun iş prinsipinin bərpası bu gün qaçılmaz hal alıb: "Müəssisənin yenidən işləyəcəyi xüsusən ekoloji cəhətdən mühüm əhəmiyyət daşıyır. Problemin aradan qaldırılması üçün bir sıra tədbirlər planı həyata keçirilib. Görülən işlər çərçivəsində ətraf ərazilərdə yaşıllıq zolaqlarının salınması məsələsi də gündəmdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB