Üsamə ben Ladenin Pakistanda keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilməsi xəbəri dünya iqtisadiyyatını alt-üst edib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Rusiyanın "Vesti" kanalı yayıb. Məlumata əsasən bir nömrəli terrorçunun qətli neftin qiymətində kəskin ucuzlaşmaya səbəb olub. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "qara qızıl"ın qiyməti ağarıb. Eyni zamanda dollara olan tələbat azalıb.
Bir neçə saatdan sonra Avropada ICE London qitələrarası birjası fəaliyyətə başlayacaq. Ehtimal ki, qitələrarası birja Üsamə ben Ladenin ölümü xəbəri ilə başlayacaq.
Bu arada Pakistan televiziyaları tərəfindən "Əl-Qaidə" lideri Üsamə Ben Ladenin cəsədinin yayılmış fotoları yalan çıxıb. Bu barədə Sky News telekanalı məlumat yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB