Qəddafi oğlunun qisasını almağa başlayıb. SİA-nın xarici mətbata istinadən verdiyi xəbərə görə, Tripolidə bir sıra qərb dövlətlərinin səfirlikləri və diplomatik nümayəndəlikləri, eyni zamanda BMT-nin ofisi hücuma məruz qalıb. Artıq hadisə ilə bağlı BMT-nin Tripolidə yerləşən binasında işləyən nümayəndələr təxliyyə olunur.
Həmçinin hücum zamanı ən çox zərər görən Böyük Britaniya, İtaliya dövlətlərinin səfirlikləridir. İtaliyanın xarici siyasət idarəsinin rəhbəri bu addımı vandalizm adlandırıb.
Qeyd edək ki, NATO qüvvələri tərəfindən raket hücumu zamanı Qəddafinin kiçik oğlu Seyf Əl Ərəbi və 3 nəvəsi həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB