Deyir "aşığın sözü qurtaranda yarım-yarım" deyir. İndi də dağıdıcı düşərgənin satqın və əxlaqsızları, daha doğrusu AXCP sədri Əli Kərimli, bu satqının qıl verəni "Milli Şura"nın sədri, hoqqabaz qoca "professor" Cəmil Həsənli bu günlərdə keçirdikləri vidokonfransda həyasızcasına başlayıb satqın axtarışına və bütün düşərgədə olanları satqın adlandıraraq deyib ki, ona görə də bunların hamısı ayaqqabı silməyə də lazım olmayan tryapkadır. Bu yerldə yaxşı deyiblər, abırsızın abırı olmaz. Bu aksiomadır.
Ancaq qəribəsi odur ki, belə abırsızlar başqalarından siyasi ləyaqət tələb edir. Və ən gülünc doğuranı da odur ki, epidemiyanın tuğyan etdiyi məqamda sosial şəbəkələrdən çağırışlar edən bu abırsızlar daim demokratiyadan, haqq və ədalət uğrunda sivil siyasi mübarizə aparmalarından pafoslu şəkildə danışdıqları halda, radikal müxalifət düşərgəsinin "ana", "ata" müxalifətindən soruşmaq lazımdır: satqını başqa yerdə niyə axtarırsınız?. Elə satqın toplusu özünüz deyilsiniz?. AXCP-dən tutmuş Müsavata, "Osmanqızı" və "Azərbaycan saatı" kanallarına kimi, yalan danışdıqlarınız qədər də satqın deyilsiniz? Heç bir şeyə nail olmadıqda onun ardınca söyüş və təhqirə. Bir də AXCP üçün söyüş və təhqir təəccüblü hadisə deyil. Çünki AXCP-Müsavat arasında qarşıdurmalar nə dünən olub, nə də bu gün, illər boyu bu qarşıdurmalar olub, eləcə də təhqir və söyüşlər də onlar üçün adi hala çevrilib. Çünki dağıdıcı düşərgədə cəmləşən əl-ayağa dolaşan partiyalar mövcud olduqları gündən heç vaxt ictimai əsaslarla fəaliyyətə üstünlük verməyiblər. Bunun üçün isə o qədər faktlar var ki, hətta arxivlşdirsən, arxivlərə belə sığmaz. Daha dəqiq deəsk, onların yeganə və şablon prinsipi xarici donor təşkilatlara məktub göndərərək, sifarişlər əsasında pul qoparmaqdan ibarətdir.
Oxucularımız xatırlayar, bir ara "müxalifətçiyəm" adı uğurunda savaş edirdiniz. Nə oludu? Bu da bir nəticə vermədi. Çünki nə müxalifətçi kimi "müxalifətçi" oldunuz, nə də siyasətçi kimi "siyasətçi". Sual olunur: nə etmisən "müxalifətçi" olmaqla? Zaman-zaman müxtəlif adlar altında birliklər, bloklar və sair formatlar yaratmaq "müxalifətçilik"dirmi? Əslində yaratdığınız qurumlar da, mahiyyətcə elə köhnə müxalifətin köhnə təfəkkür tərzindən və yarıtmaz yanaşmalarından heç də fərqlənmir. Çünki bu cür formatların arxasında dayananlar elə ənənəvi, uğursuz müxalifət "liderləridir". Görünür, ona görə də, dağıdıcı müxalifət partiyaları siyasi mövcudluqlarının sonuna yaxınlaşdıqca, onlar üçün hər şey çox qəribə görünür və sosial şəbəkələrdən «mitinq, mitinq» qışqırmağın bir nəticəsi olmadığını gördükdə vidokonfranslar keçirməklə "liderlik" iddialarını reallaşdırmağa çalışırlar. Səbəb də bəllidir - "lider" olmaqla xarici havadarlarının vermiş olduqları pullar hesabına ölkədə siyasi sabitliyi pozmağa çalışmaq. Və bu istəkləri də 27 ildir ki, ürəklərində qalır. Çünki hər dəfə ictimaiyyət onların ağızlarına elə sillə vurur ki, oturduqları yerdən belə dura bilmirlər. Görünür, müxalifət düşərgəsində fələk tərsinə dövr edir: Arif Hacılı gəlib başqan olur, satqın Əli Kərimli müxalifətin "anası-atası" olmaqdan keçib "lideri" olmaq iddiasına düşür. Elə bu yerdə şair yaman deyib: "Bat, a dünya, bat! Sənin ki, Arif Hacılı, Əli Kərimli ... kimi partiya satqınların "liderlik" iddiasına düşürsə, o zaman bu partiyaciklər də başından böyük qələtlərə girişəcək də. Vəziyyət belədir. İndi düşərgədə elə bir vəziyyət yaranıb ki, qarayaranın üstündən çıxan sarı yara da, "liderlik" problemi üzərində qurulub. Bu yerdə satqının "lider" olması bişbiş toyuğun...Gerisi nə olacaq, onlar bizdən də yaxşı bilir...
Görünür, bu xəmir hələ çox su aparacaq. Və bu gün AXCP trolları necə davranırlarsa, dünən də elə olub, sabah da bu cür davam edəcək, əlbəttə ki, AXCP düşdüyü iflas burulğanından xilas olmağa macal taparsa...Və bu söyüş və təhqirlər isə hələ çox olacaq. Ta o vaxta qədər ki, zəifliklərini öz dilləri ilə etiraf etmək olacaqlar, yəni süqut edəcəklər. Bunu isə hər şeyi yaddaşına köçürən və yalan danışmayan zaman da göstərəcək.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB