Suraxanıda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş müşavirə keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətində rayonda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. SİA-nın xəbərinə görə, müşavirə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-ci-2011-ci illər) tələblərinə uyğun olaraq təşkil olunub.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli "Dövlət qulluqçularının etik davranış qaydalarının ümumi əsasları" və Hüquq sektorunun müdiri Vüqar Əsgərov "Korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması" mövzularında təqdimatla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB