“Ermənistanda xunta rejimi bütün istiqamətlərdə qurulacaq“ Andranik Tevanyan

“Ermənistanda xunta rejimi bütün istiqamətlərdə qurulacaq“ Andranik Tevanyan

Paşinyan “Mənim addımım” partiyasını başqa bir kollektiv cinayətə sövq edir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Siyasi-İqtisadi Tədqiqat İnstitutunun rəhbəri Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, Siyasi-İqtisadi Tədqiqat İnstitutunun rəhbəri bu fikirləri Konstitusiya Məhkəməsinin bəzi üzvlərinin səlahiyyətlərinə xitam verən "Mənim addımım" fraksiyasının təqdim etdiyi konstitusiya dəyişiklikləri layihəsini şərh edərkən bəyan edib.

“Paşinyanın koronavirus çox xoşuna gəldi. Epidemiya kontekstində fövqəladə vəziyyət tətbiq etdi. Lakin o fövqəladə vəziyyəti epidemiyanın yayılmasına qarşı təcili tədbirlər görmək üçün deyil, gücünü genişləndirmək və insanların hüquqlarını məhdudlaşdırmaq üçün tətbiq etdi.

Erməni baş nazir bir tərəfdən anti-qanuni addımlar atır, digər tərəfdən bu addımların qurbanlarına öz hüquqları uğrunda mübarizəni qadağan edir. Paşinyan epidemiyanı Konstitusiya Məhkəməsini ələ keçirmə şansı kimi dəyərləndirdi”, deyə Andranik Tevanyan bildirib.

O, həmçinin vurğulayıb ki, Paşinyanın Konstitusiya Məhkəməsini ələ keçirmək proqramları reallaşarsa, Ermənistanda xunta rejimi bütün istiqamətlərdə qurulacaqdır. Qeyd edib ki, Paşinyan komanda yoldaşlarını bir daha kollektiv cinayətə təhrik edir və beləliklə, mövqeyini möhkəmləndirməyə çalışır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə