“Cənab Prezidentin strateji uzaqgörənliyi özünü göstərir” ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətin, dövlətimizin ümumiyyətlə Avropaya inteqrasiya yolunda ən əmin addımlarla irəliləməsini təmin edir". Bu sözləri SİA-ya müsahibəsində siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, bu sadəcə ictimai-siyasi münasibətlərdən ibarət deyil və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, özəlliklə də Avropa insanının indiki qarışıq dünyada, xüsusən də qaz təchizatının yüksək səviyyədə təmin edilməsi baxımından Azərbaycan çox böyük, nəhəng layihələrə imza atır.
“Azərbaycan qazının Avropaya nəqli istiqamətində atılan addım nəinki bizim yüzilliyin, ümumiyyətlə bundan sonrakı yüzilliklərin də müzakirə mövzusu olacaq. Bilirik ki, Avropa Birliyi ölkələri, ümumiyyətlə Avropa özəlliklə də Rusiyadan asılılığı azaltmağa çalışır, eyni zamanda enerji daşıyıcılarının alternativlərinin imkanlarını götür-qoy edir. Yəni, mümkün qədər çox alternativlərdən enerji daşıyıcıları almağa çalışır ki, öz asılılığını azaltmış olsun. Bu arada Azərbaycan da o alternativlərdən birini, çox ciddisini təklif edib və həmin alternativ də artıq bu il başa çatmaq üzrədir ki, Avropa Azərbaycan qazını rahat bir şəkildə alacaq. Yəni, bu nə verəcək? Qarşılıqlı şəkildə həm Avropaya, həm də Azərbaycana çox ciddi dividentlər gətirəcək. Birincisi, Avropa alternativ mənbədən qaz təchizatını təmin etmiş olacaq, ikinci bir tərəfdən də Avropa Birliyi Azərbaycanla ikitərəfli iş birliyini daha bir real müstəvidə dünyaya göstərmiş olacaq. İndi belə bir məsələ ortaya çıxır ki, Azərbaycan ciddi, sözübütöv, etibarlı tərəfdaş olmasaydı, Avropa Birliyi bu iş birliyinə, özü də çox nəhəng maliyyə vəsaiti tələb edən belə bir iş birliyinə gedərdimi? Təbii ki, getməzdi. Azərbaycan bir dövlət olaraq, onun lideri də, Cənab prezident İlham Əliyev də bir lider olaraq, istər Avropada, istərsə də dünyada etibarlı tərəfdaş, etibarlı lider kimi qəbul edilir və ona görə də Avropa Birliyi kimi çox mötəbər dövlətlərarası qurum Azərbaycanla bu cür əməkdaşlıqda çox ciddi şəkildə maraqlıdır. Yəni, Avropaya vercəyəimiz divident bəlli, Avropadan alacağımız nə olacaq? Əlbəttə ki, bunun maliyyə gəliri öz yerində, ikinci bir tərəfdən də Azərbaycan Avropada sözünü daha uca səslə demək üçün əlavə imkanlar qazanmış olacaq. Yəni, bəzən insanlar deyir ki, qazdır da satırıq Avropaya və pul qazanırıq. Bu, bu qədər də bəsit bir məsələ deyil. Bu həm də çox böyük bir siyasi əhəmiyyəti olan bir məsələdir. Yəni, Avropa Azərbaycan qazından da asılılığa əgər qol qoyursa, bu o deməkdir ki, Azərbaycanın müəyyən çağırışları istəkləri qarşılanmalı olacaq. Avropa Birliyi Azərbaycanla bu məsələdə də yumşaq desək, hesablaşmalı olacaq. Bu isə Azərbaycana hava, su kimi lazımdır. Bax, Cənab Prezidentin strateji uzaqgörənliyi də məhz burada özünü göstərir. Azərbaycan Avropaya qaz satmaqla, ən ümdə problemlərinin Avropa Birliyi ölkələrinin birləşdiyi təşkilatda ən yüksək səviyyədə dilə gətirmək və həll etmək üçün yeni bir imakn qazanmış olur”, deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB