ABŞ-ın mərkəzi və cənub ştatlarında baş verən tufan ölkəyə böyük ziyan vurub. SİA xəbər verir ki, hadisə nəticəsində kompensasiyaların ödənilməsi sığorta şirkətlərinə azı 5 milyard dollara başa gələcək. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlər görülür. Qeyd edək ki, sürəti qısa zamanda 160 km/saatadək güclənən güclü tufan nəticəsində ölənlərin sayı 330 nəfərə çatıb.
Xatırladaq ki, ABŞ ərazisində dağıdıcı tornado aprelin 14-də başlayıb. Əvvəlcə Alabama ştatını cənginə alan tufan daha sonra 7 ştatın ərazisinə keçib.
Qeyd edək ki, 2005-ci ildə baş vermiş Katrina qasırğasından sonra bu tufan ən böyük tələfatla nəticələnib və ölkəyə rekord həcmdə ziyan vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB