Müsavatçılar Cəmil Həsənlini və Gültəkin Hacıbəylini hədəfə alır ŞƏRH
AXCP sədri Əli Kərimli isə nədənsə susur...
Əslində ənənəvi AXCP-Müsavat savaşı kimi daha çox nəzərə alınmalı olan “Milli Şura”-Müsavat qarşıdurması və bu qarşıdurma fonunda səslənən qarşılıqlı ittihamlar bir daha isbat edir ki, tərəflər bundan sonra əsla bir yerdə olmayacaqlar və bunun üçün elə Müsavat başqanı Arif Hacılının da bir müddət əvvəl dediyi kimi, “bütün körpülər yandırılıb”.
Digər tərəfdən, bu gün kimsəyə sirr deyil və açıq-aydın bəllidir ki, “Milli Şura” xarci anti-Azərbaycan dairələrinin marioneti, vassalı olaraq birbaşa AXCP sədri Əli Kərimlinin nəzarəti altında sözdə fəaliyyətdədir. Əgər bu gün sosial şəbəkələrdə müsavatçılara qarşı başda Cəmil Həsənli olmaqla - Gültəkin Hacıbəyli və başqa virtual söyüşçülər hərəkətə keçirlərsə, bunun da arxasında Ə.Kərimlinin dayanması kimsədə şübhə yaratmır.
Fərəc Kərimli: “Biz niyə bədbəxt olduq, Cəmil Həsənli?”
Ancaq daha bir maraqlı məqam Müsavat üzvlərinin qarşı tərəfə verdikləri cavablarıdır. Məsələn, A.Hacılının müavini Fərəc Kərimli C.Həsənli-G.Hacıbəyli ikiliyinə cavabında bir sıra nüanslara toxunaraq qeyd edib ki, şər-böhtan kampaniyaları aparanlara cavab yazmamaq, üzərindən sükutla keçməmək olmur: “Nə qədər istəyirsən bu məsələlərin üstündən keçəsən, amma bu şər-böhtan kampaniyası aparanlara baxanda yazmaq lazım olduğunu görürsən. Deməli, Cəmil Həsənli Müsavat partiyası haqqında, “Bu bədbəxtlər” ifadəsini işlədərək demişdi ki, REAL-dan fərqli olaraq bir nəticəyə də nail olmadılar. Bir şey də əldə edə bilmədilər. Yəni onun özü kimi müəyyən edilmiş çərçivədən əyilərək keçsəydik, bu yolla parlament üzvü olsaydıq, bu uğurlu nəticə olacaqmış. Biz niyə bədbəxt olduq, Cəmil Həsənli?”
Arif Hacılının müavini Cəmil Həsənlinin boynuna minnət qoydu və üzünə söz çırpıdı
Müsavatçıları hakimiyyətə işləməkdə, müxalifətə xəyanət etməkdə suçlayan “Milli Şura” üzvlərinə, əsasən də C.Həsənliyə xitab edən F.Kərimli xatırlatmaq edib və yazıb ki, o hər zaman əqidəsini dəyişən və mandat alverçisi olub. Müsavatçı funksioner bir mandata görə partiyadan istefa vermədiklərini də Həsənlinin diqqətinə çatdıraraq bildirib ki, zamanında Müsavat partiyası “Milli Şura”da təmsil olunarkən, onun “vahid namizədliyini” dəstəkləyiblər və bu da səbəbsiz deyildi: “Bir mandata görə partiyamızdanmı çıxdıq? 10 il hakimiyyətin siyahısı ilə Milli Məclisdəmi oturduq? Bəlkə 2013-cü ildə prezidentliyə namizəd kimi müdafiə etməyimiz sizi çaşdırıb? Özünüz barədə yanlış fikrə düşmüsüz. Bu sizin şəxsiyyətinizlə, ya kimlərdənsə üstün olmağınızla bağlı deyildi. Sadəcə, o zaman müxalifətin vahid namizədinin olması vacib idi”.
“Gültəkin Hacıbəylini nəinki çıxış etmək, mitinqi aparmaq, hətta tribunada dayanmağa razı salmaq mümkün olmurdu”
“AXCP isə bizim irəli sürdüyümüz istənilən namizədə qarşı çıxacaqdı. Yalnız buna görə namizədlliyinizi müdafiə etdik. Vahid namizəd olmağınızın yeganə səbəbi budur”, xatırladan F.Kərimli C.Həsənlinin heç zaman siyasi düşərgədə ciddi fiqur, mühüm şəxs olmadığını necə deyərlər, onun üzünə vurub, üstəlik bu gün yanında olduğu AXCP sədri Ə.Kərimlinin adamlarının həmin vaxtlarda ortada görüqnmədiklərini də qeyd edib: “Bu seçkilərdə az-çox uğurunuzun səbəbi isə Müsavatın sizi dəstəkləməsi ilə bağlıdır. İmzalarınızın əksəriyyətini müsavatçılar topladı. Seçki qərargahınız Müsavat qərargahı idi. Seçki kampaniyanızı isə əsasən müsavatçılar təşkil edirdi. Seçki günü məntəqələrdə, seçki dairələrində, MSK-da sizi əsasən müsavatçılar müdafiə etdi. Başqa vaxt göz çıxaran cəbhəçilərin əksəriyyəti seçki günü yoxa çıxmışdılar. Seçki komissiyalarında tərtib olunmuş aktların müsavatçılar və cəbhəçilər arasında olan nisbətinin 1/10-ə olduğunu bilirsinizmi? Debatlarda, hətta mitinqlərdə sizin müdafiəniz üçün çıxış etməkdən imtina edirdilər. İndi ən alovlu müdafiəçiniz Gültəkin Hacıbəylini nəinki çıxış etmək, mitinqi aparmaq, hətta tribunada dayanmağa razı salmaq mümkün olmurdu. Mənim məhkəməm var, deyib boyun qaçırırdı”.
Müsavat başqanını müavini: “Bu həqiqətləri yaddan çıxarıb əllaməçilik etməyiniz ən böyük bədbəxtliyinizdir. Yazıqlar olsun".
Beləliklə, C.Həsənlinin həyatının ən böyük uğurunu Müsavatın, müsavatçıların hesabına qazandığını sözün əsl mənasında onun boynuna minnət kimi qoyan F.Kərimli bədbəxtin də onun özünün olduğunu bildirib: “Bunu dərk etməməyiniz, siyasətdə təsadüfi, epizodik adamların xoşuna gəlmək üçün bu həqiqətləri yaddan çıxarıb əllaməçilik etməyiniz ən böyük bədbəxtliyinizdir. Yazıqlar olsun".
Burada diqqət çəkən ən maraqlı məqam isə, AXCP sədri Ə.Kərimli tərəfindən müsavatçılara tərəf qısqırdılan C.Həsənlinin və G.Hacıbəylinin onun tərəfindən qəti şəkildə dəstəklənməməsidir. Daha dəqiq desək, əgər bu gün hər hansı müsavatçı qarşı tərəfə fikir yazırsa və orada Ə.Kərimlinin adı olmursa, həmin müsavatçılara qarşı elə də ciddi ölçülər götürülmür, lakin AXCP sədrinin də adının olduğu yerdə söyüş, həqarətlər sürətlə artmağa başlayır. Hər halda, olanlar da göz qabağındadır və bu məsələnin şişərək partlayacağı da an məsələsinə çevrilib...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB