“Ermənistanda hüquq, qanun və qanunvericilik tamamilə pozulur” Arsen Babayan
Ermənistanda bu hakimiyyət dövründə hüquq, qanun, qanunvericilik tamamilə pozulub. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, bu sözləri "Rodina" partiyasının üzvü, hüquq müdafiəçisi Arsen Babayan Koronavirus böhranı, onun humanitar və sosial-iqtisadi nəticələri "mövzusunda müzakirələr zamanı deyib.
"Epidemiya zamanı qanunlara hörmət ediləcəyini zənn edirdik. Gözləyirdik ki, az və ya çox normativ aktlar qəbul edilə bilər. Ancaq hadisələrin savadsızlıq səbəbindən eyni şəkildə davam etdiyini görürük", deyə Aren Babayan bildirib.
Komendantın hərəkətlərinə gəlincə, hüquq müdafiəçisi qeyd edib ki, bu fövqəladə vəziyyət zamanı komendant sadəcə hökumətə kömək etməli olan bir növ məsləhət orqanıdır.
"Bununla yanaşı, hökumətin qəbul etdiyi hüquqi aktlara görə komendanta heç bir vəziyyətdə aid olmayan hüquqlar verilir", deyə Arsen Babayan bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB