Levon Ter-Petrosyan hakimiyyətin istintaq vədlərinə inanmır

Levon Ter-Petrosyan hakimiyyətin istintaq vədlərinə inanmır

İnanırıq ki, 31 may tarixinə kimi həbsxanada olan bütün müxalifətçilər azadlığa buraxılacaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan Milli Konqresinin rəhbəri, ölkənin ilk prezidenti Levon Ter-Petrosyan müxalifətin bugünkü mitinqində deyib. Müxalifət lideri hökumət orqanları ilə dialoq qapısının yarımaçıq olduğunu vurğulayıb.

 

Qeyd edək ki, 2008-ci ilin mart ayından bu yana hakimiyyət müxalifətə ilk dəfə Azadlıq Meydanında mitinq keçirməyə icazə verib. Ermənistanın ilk prezidenti bugünkü mitinqdə yenidən müxalifətin tələblərini səsləndirib. 2008-ci il mart hadisələrinin araşdırılması ilə bağlı hökumətin tapşırığına da toxunana Petrosyan bunun sadə sözlər olduğunu bildirib: "Əlbəttə bunlar sadə sözlərdir. Biz hakimiyyətin konkret fəaliyyətini gözləməli olacağıq. Hakimiyyət orta səviyyəli məmurları ittiham etməyə cəhd edəcək, ancaq biz prosesə nəzarət edəcəyik".

 

Həbsxanada olan müxalifət nümayəndələrinin nə vaxt sərbəst buraxılacağına gəlincə, EMK lideri onların 28 may Respublika Günü münasibətilə sərbəst olacağına ümid etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə