“Ümumiyyətlə son günlərdə pandemiya dövrü ilə əlaqədar xüsusi rejimin tətbiq olunması sağlamlıq üçün çox vacibdir. Biz ümidvarıq ki, şənbə-bazar günləri tətbiq edilmiş bu karantin rejimi yoluxmanın qarşısını alacaq və daha az insanı risklərdən sığortalayacaq”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
"Azərbaycan polisləri ilə bağlı məsələyə gəlincə deyərdim ki, polislər cəmiyyətimizin dövlətçiliyi üçün üzərində dövlət atributları olan ictimai asayişin ən çətin işlərdə öndə olan peşə sahəsində çalışanlardır. Bunların arasında çoxlu sayda gənclər və idmançılarımız da vardır. Hər bir polis ilk növbədə Azərbaycan vətəndaşıdır. Onun da valideyinləri, ailəsi, qohum-əqrəbası və dostları var. Hər bir polis istəyər ki, dövləti, vətəni, cəmiyyəti üçün daha yaxşı olsun. O ki qaldı hansısa fərdlərin tabe olmayaraq sosial şəbəkələrdə polis haqqında hansısa neqativ məlumatlar yaymalarına hesab edirəm ki, bunlar dövlətçilikdən, dərinlikdən, cəmiyyətdəki proseslərdən gələcəyə yönəlmiş qabaqlayıcı işlərin icrasında maraqlı olmayanlardır. Onlar bir növ populistlərdir və nəyisə bölüşmək xatirinə düşüncəsiz, bayağı fikirləri bildirmək naminə cəmiyyətdə mütləq azlıq təşkil edən təbəqədir. Amma digərlərini çaşdırmaq lazım deyil. Bəyəm, polis risk altına özünü atmayıb? Bəyəm, soyuqda, şaxtada, istidə çöllərdə olan polis deyil? Bəyəm, bu ərəfədə ilkin tibbi yardımı göstərən polis deyil? Biz çoxlu nümunələr gördük. Polis vətəndaşların evlərinə çörəyin çatdırılmasında maraqlı oldu, eləcə də sağlamlığı risk altında olan vətəndaşın tibb ocağına çatdırılmasında öndə oldu. Təbii ki, onlar da azərbaycanlılardı və Azərbaycan vətəndaşlarıdır. Polisə dəstək cəmiyyəti daha güclü edir. Biz görürük ki, bəzi dövlətlərdə polis vətəndaşlarla və insanlarla necə davranır. Bu gün düşüncə tərzini, dünyagörüşünü, həyat bilgisini bilən vətəndaş polisi pisləməz"-deyə, R.Abbasov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB