COVID-19-a yoluxan Paşinyan niyə Rusiyadan qaçır? ÖZƏL - MÜNASİBƏT

"Paşinyanın reytinqi çox aşağıdır, onun insanlarla ünsiyyət qurmaq üçün mövzusu yoxdur və belə olduqda Paşinyan hər bir fürsətdən istifadə edərək publik səhnədən aralanmağa macal tapır". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin xarici siyasətinin aparılmasında arxa plana çəkilməsi və xarici siyasətdə passiv funksiya yerinə yetirməsinin səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, ilk növbədə Nikol Paşinyanın virusa yoluxması Ermənistan səhiyyə sisteminin vəziyyətindən xəbər verir və Ermənistanın Baş nazirinin COVID-19-a yoluxması ölkədəki pandemik vəziyyətin gərginliyindən xəbər verir, bu məqamda sıravi vətəndaşların vəziyyəti isə müzakirə mövzusu bel deyil:

"Ermənistanın daxilində sosial problemlərin kəskin artması Nikol Paşinyanı və Ermənistan hakimiyyətini ölkənin daxilindəki problemlər qismində öz girovunda saxlayır. Bu ölkə və bu hakimiyyət daxili problemlər fonunda, xüsusilə də, əhəmiyyətli dərəcədə önəm kəsb edən sosial problemlərlə daha məşğul olmağa məcburdur. Bu problemlərin artması ölkənin xarici nüfuzundan danışmağa heç imkan vermir. Daxili gündəm cəmiyyətin əsas təlabatını ödəməklə məşğuldur. Yaranmış vəziyyət Ermənistanın xarici siyasətinə də təsir edir. Hazırda Ermənistan xarici siyasətində dayaq axtarır. O cümlədən də, maddi dayaq axtarışındadır. Çünki, daxili maddi imkanlar tükənir və xaricdən daxilolmalar da azalıb. Belə vəziyyətdə yalnız xarici dəstəkdən və kreditdən danışmaq olar".

Politoloq bildirib ki, Nikol Paşinyan üçün əsas mənbə Rusiya idi və Rusiya ilə də münasibətlərin gərginləşməsi, digər tərəfdən Paşinyanın koronavirusa yoluxması, Rusiyaya gedə bilməməsi, əlbəttə ki, onların məhdud olan xarici siyasətini daha da daraldır:

"İndi gündəmdə olan əsas məsələ qazın qiymətinin endirilməsidir. Son bir il və il yarım ərzində Ermənistan-Rusiya münasibətlərində qaz məsələsi xüsusi əhəmiyyət kəsb edir. Əgər Paşinyan virusa yoluxmasa idi o, mütləq Moskvada bu məsələni müzakirə edəcəkdi. Lakin, Paşinyan bu fürsəti də əldən buraxdı. Bu onu göstərir ki, Ermənistanın həm daxili, həm də xarici siyasətinin gərginləşməsi fonunda Paşinyanın əlehdarlarının mənbələri, dayaqları və tərəfkeşlərinin mövqeyi möhkəmlənir və daxili səhnədə Paşinyana qarşı müxtəlif ssenarilərin reallaşmasına imkan verir".

Paşinyanın COVID-19-a yoluxmasını əsas götürərək ictimaiyyət qarşısına çıxmaqdan qaçmasının və xarici siyasi aktivliyini dayandırmasının uğursuz çıxışları ilə nə dərəcədə əlaqədar olduğu haqqında danışan İlqar Vəlizadə bildirib ki, bundan sonra Paşinyan insanları stationlara yığa bilməz, onun reytinqi çox aşağıdır, onun insanlarla ünsiyyət qurmaq üçün mövzusu yoxdur və belə olduqda Paşinyan hər bir fürsətdən istifadə edərək publik səhnədən aralanmağa macal tapır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...