Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclaslarının VAXTI

Milli Məclisin növbədənkənar iclaslarının vaxtı müəyyənləşib. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, 82 deputat tərəfindən Milli Məclisə növbədənkənar iclasların keçirilməsi ilə bağlı müraciət daxil edilib: “Bununla bağlı verilən sərəncama əsasən iyunun 1-i və 2-si Milli Məclisin növbədənkənar iclasları keçiriləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə