"Türkiyədə on minlərlə azərbaycanlı uşaq sənədi olmadığına görə təhsil ala bilmir"

“Bu saziş Azərbaycan tarixində ən əhəmiyyətli sənədlərdən biridir”. SİA-məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu sənəd uzun illərdir müzakirə edilirdi: “Bu proses nəhayət ki baş verdi. Bunu İranla da tətbiq etmək olar. Ancaq bu yalnız İran Ermənistana verdiyi dayandırdığı halda baş verə bilər. Ancaq Türkiyədə çalışan insanların taleyi ilə bağlı məsələlərə də diqqət yetirməliyik. Eyni zamanda orada 10 minlərlə azərbaycanlı uşaqlar sənədi olmadığına görə təhsil ala bilmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...