Ermənistan XİN Paşinyanın babasını bir daha “basdırdı” - FAKTLAR

Ermənistan Xarici İşlər Nazirliyinin, ölkənin baş naziri Nikol Paşinyanın babasının İkinci Dünya Müharibəsi illərində nasistlərlə işbirliyi haqqında yayılan danılmaz faktaları ört-basdır etmək istəyi alınmayıb. Belə ki, Ermənistan rəsmilərinin təkzib etmək üçün yaydığı məlumatlar dezinformasiya olub.

Xatırladaq ki, Qələbə Günü öncəsi Nikol Paşinyan sosial şəbəkədə öz babasının fotoşəklini yayaraq, şərh əlavə edib: “Nikol Paşinyan (babasının da adı ilə eynidir – Red), 1913-1943. 138-ci atıcı diviziyasının 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanların xatirəsinə əbədi eşq olsun”.

Məlum olub ki, Böyük Vətən müharibəsində həlak olanlar barədə məlumatların toplanılması məqsədilə Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan “Memorial” cəmiyyətinin ümumiləşdirilmiş məlumat bankının www.obd-memorial.ru saytında Ermənistan SSR-in İcevan rayonunun Yenokovan kəndində 1913-cü ildə doğulmuş və 1943-cü ildə həlak olmuş Nikol Vartanoviç Paşinyan haqqında məlumat yerləşdirilib.

Baba Paşinyanın satqınlığının təsdiqi kimi onun SS ost-legionerlərinə tabeliyini təsdiq edən alman uçot sənədinin fotoşəkli təqdim olunur. Sənəddən belə çıxır ki, baba Nikol Paşinyan müharibə vaxtı hansısa dövrdə itkin düşmüş hesab edilib. Lakin sonradan müəyyən edilib ki, o, könüllü olaraq nasistlərə xidmətə keçib, 1943-cü il sentyabrın 29-da isə Zvyaqeldə (Novoqrad-Volınskda), Qərbi Ukraynada öldürülüb.

Nikol Vartanoviç - Feykdir?

Ermənistan hökuməti başçısının imicinin təmizlənməsi üçün Ermənistanın Xarici İşlər Nazirliyi də qoşulub. Qurumun yaydığı rəsmi bəyanatda bildirilir ki, guya Yenokovan kəndindən müharibəyə iki Nikol Paşinyan yollanıb. Onlardan biri Qızıl Ordu sıralarında vuruşub, digəri SS-də xidmət edib və həmin satqın baş nazirin babası deyil.

Lakin İcevan rayon hərbi komissarlığının arxivindən Sovet Ordusunun itkin düşən əsgər və serjantlarının uçotu üzrə Moskva bölməsinin sorğusuna cavab olaraq arayış götürülüb. Arayışda açıq-aydın göstərilir ki, Yenokovanda cəmi bir Nikolay Vartanoviç Paşinyan yaşayıb. Buradan da belə çıxır ki, Ermənistanın baş nazirinin babası müharibə vaxtı könüllü olaraq Qaregin Njdenin SS legionunda nasistlərə xidmət edib.
Bundan başqa, Nikolay Arakeloviç Paşinyanla bağlı internet üzərindən axtarış aparılarkən “İnsanların yaddaşı” saytında belə məlumatlar olan səhifənin olduğunu göstərir. “Google”un yaddaşındakı görüntüyə görə, Ermənistan Baş nazirinin “rəsmi” babası haqqında məlumatlar sayta yüklənib, lakin 26 May tarixindən etibarən bu səhifə tapılmır və ya silinib (404 səhv). “Xalqın yaddaşı” saytındakı axtarışda Nikolay Arakeloviç Paşinyan haqqında da heç bir qeyd yoxdur.

Keçiddə saxlanılan səhifə Nikol Paşinyanın babası haqqına məlumatların olduğu sayta keçid kimi görünə bilər, lakin keçid uzun müddət “yaşamayıb”. Göründüyü kimi, sayt moderatorları məlumatları yoxlayarkən bu səhifəni siliblər. Beləliklə, hazırda Nikolay Arakeloviç Paşinyan haqqında heç bir xəbər müharibə iştirakçılarının məlumat bazalarında yoxdur.

Paşinyanın babası kimlə döyüşüb?

Paşinyanın babasının xidmət etdiyi Qaregin Ter-Arutyunyan (Njde) erməni silahlılarının rəhbəri və faşist yönümlü siyasi xadim olub. 1940-cı ildən SS-in təhlükəsizlik xidməti olan SD ilə gizli əməkdaşlıq edib. 1942-ci ildən Berlində Hitler Almaniyasının siyasi və xüsusi xidmət orqanlarının təşəbbüsü ilə yaradılan Erməni Milli Şurasının rəhbərliyinə daxil olub.

Müharibənin sonunda Qaregin Njde təxribat əməliyyatlarının keçirilməsi məqsədilə sovet Ermənistanına silahlı qrupların göndərilməsi üçün abverlə – hərbi kəşfiyyatla əməkdaşlıq edib.

Hətta 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı döz…

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...