“Humanitar elmlərin aktual problemləri” mövzusunda magistrantların I beynəlxalq elmi konfransı öz işinə başlayıb
Bu gün Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan "Humanitar elmlərin aktual problemləri" mövzusunda magistrantların I beynəlxalq elmi konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfrans başlamazdan öncə iştirakçılar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Təbirdə çıxış edən universitetin tədris işləri üzrə prorektoru Asif Hacıyev bildirib ki, BSU Azərbaycanda ilk dəfə olaraq respublikanın elmi-mədəni həyatına töhfə verəcək layihəyə imza atır. Onun sözlərinə görə, bu konfrans yeni ideyaları ortaya çıxaracaq və gələcəkdə ənənəyə çevrilərək ölkə təhsilinin inkişafına təkan verəcək.
"Bu il də Bakı Slavyan Univeristeti ulu öndərin xatirəsinə həsr oluanan 48 bənddən ibarət tədbirlər planını təsdiq edib və onun icrasına başlayıb. Artıq universitetdə "Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısıdır" mövzusunda kitab sərgisi hazılanıb, Məktəb-Lisey Kompleksi şagirdlərinin "Ulu öndəri xatırlayarkən" mövzusunda inşa müsabiqəsinin məktəb və respublika turlarında iştirakı təşkil olunub, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının universitetin 3 saylı yataqxanasında "Heydər Əliyev və Azərbaycan gəncləri" mövzusunda universitetin tələbləri ilə görüşüb. Bu tədbirlər çərçivəsində bu gün universitetdə magistrantların I beynəlxalq elmi konfransı keçirilir", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən universitetin elmi işlər üzrə prorektoru Məmməd Əliyev isə konfrans barədə ətraflı məlumat verib. O bildirib ki, konfransda Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Çin, Belarus, Cənubi Koreya kimi ölkələrdən magistrantlar iştirak edir: "Bu konfransda çıxış etmək üçün 294 tezis qəbul olunub, bunlardan 182-si BSU-nun, 112-si isə digər universitet tələbələrinin payına düşür. Konfrans öz işini bölmələr üzrə də davam etdirəcək. 4 bölmə üzrə keçiriləcək konfrans aprelin 27-dək davam edəcək. Konfrans çərçivəsində tədbirdə iştirak edən alimlərin bir qisminin Bakı Slavyan Universitetinin tələbə və magistrantları üçün müxtəlif mövzulu ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub".
Tədbirin davamında çıxış edən magistrantlar müxtəlif mövzular ətrafında məruzə ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB