"Azərbaycanın Minsk qrupundan imtina etməyə tam haqqı var" RƏY-ÖZƏL
“Ermənistanın Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin Gənclər və Mədəniyyət mərkəzinin binasında qondarma rejimin "andiçmə" mərasimini təşkil etməsi Azərbaycana və bütün dünyaya saymazlıq, özbaşınalıq, qanunu və hüququ heçə saymaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, məhz bu hadisəyə görə Azərbaycanın həmsədrlərə etiraz edib, ATƏT-in Minsk qrupundan imtina etməyə tam haqqı var.
Politoloq söyləyib ki, qondarma rejimin "andiçmə" mərasiminin Şuşada keçirilməsi bu şəhərin danışıqlarda Azərbaycana qaytarılma predmeti olmayacağına işarədir: “Azərbaycan sözdən konkret tələblərə keçməlidir. Əgər Minsk qrupu məsələni həll edə bilmirsə, özünü buraxmalı, ATƏT-in toplantısı keçirilməli və yeni format müəyyən edilməlidir. Yaxud, Azərbaycan bu məsələni təşkilat qarşısında qaldırmalıdır. Yeni ağlabatan format müəyyən edilməsə, o zaman başqa formatlar, çıxış yolları düşünülməlidir”.
N. Məmmədova qeyd edib ki, İngiltərə, Çin, İsrail, Türkiyə və Almaniyanın bu məsələdə iştirakı və Azərbaycana dəstək verməsi təmin edilməlidir: “Ermənistan bu “andiçmə”ni Qarabağdakı rejimin dövlət quruculuğu mərhələsində növbəti addım adlandırır. Odur ki, Azərbaycan qətiyyətli addımlar atmalı, məsələnin hərbi yolla həlli hər zaman diqqətdə saxlanılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB