"Paşinyan siyasətdə naşı olduğunu dəfələrlə göstərib" ÖZƏL-MÜNASİBƏT

"Paşinyan siyasətdə naşı olduğunu dəfələrlə göstərib" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Ermənistan Baş naziri Nikol Paşinyan siyasətdə naşı olduğunu dəfələrlə göstərib. Xüsusilə də Prezident İlham Əliyevlə eyni tədbirlərdə iştirak etdiyi zaman Azərbaycan Prezidentinin ona tarix dərsi hələ də yaddaşlardadır. Yəni Paşinyan Azərbaycana qarşı uydurma, yalan və böhtandan istifadə edərək üstümüzə gəlmək istəyəndə ölkə başçımız dəfələrlə ona yerini göstərib və onu tarixi yaxşı öyrənməyə dəvət edib". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

"Amma təəssüflər olsun ki, Paşinyan öz naşılığından əl çəkmir, öz üzərində işləmir, bir lider kimi özünün yetişdirməyə meyilli deyil. Ona görə də bu cür məsələlər ortaya çıxanda o yenə də naşılığını büruzə verir. İndi onun babasının Hitlerin tərəfində olması və bütün sovet xalqına, mütərəqqi bəşəriyyətə qarşı vuruşması bir faktdır. Amma bu adam öz babasının Hitlerin tərəfində olmasından imtina edir və hətta az qala babasından belə imtina edəcək həddə çatıb. O özünü təmizə çıxarmaq üçün Azərbaycanı ortaya atır. Birincisi, Azərbaycanın öndə gedən siyasi liderlərindən heç kimin babası Hitlerin tərəfində vuruşmayıb. Elə Azərbaycan Prezidentinin əslində və nəslində də Hitler faşizminə qulluq etmiş bir nəfər adam belə tapa bilməzsiniz. Eləcə də Azərbaycanın öndə gedən heç bir siyasi liderinin qohumları, yaxınları Hitler faşizminin tərəfdarı olmayıb. Məhəmməd Əmin Rəsulzadə ilə bağlı onun dedikləri isə uydurmadır. Çünki M.Ə.Rəsulzadə ümumiyyətlə haçansa əlinə silah alıb haradasa vuruşmayıb. Buna görə də Paşinyan getikcə özünü dolaşdırır və vəziyyətdən çıxmaq istəyir"-deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə