Tümendə iki təqaüdçünün öldürülməsində Azərbaycan vətəndaşı şübhəli bilinir

Tümendə iki təqaüdçünün öldürülməsində Azərbaycan vətəndaşı şübhəli bilinir
Tümendə iki təqaüdçünün öldürülməsi ilə bağlı istintaq işi aparılır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, pensiyaçıların ölümündə işsiz Azərbaycan vətəndaşı şübhəli bilinir. Aprelin 21- də səhər saatlarında Tümen şəhərinin Tümen küçəsində 75 və 62 yaşlı iki təqaüdçünün meyiti tapılıb. Operativ axtarışdan sonra şübhəli şəxs saxlanılıb. Həmin şəxs Azərbaycan vətəndaşı 30 yaşlı Nizaməddin Adıgözəlov olub. Saxlanılandan sonra məlum olub ki, N. Adıgözəlov 62 yaşlı təqaüdçüdən ev icarəyə götürüb.

Aprelin 21-də Adıgözəlov ev sahibi və onun dostu ilə birgə spirtli içki qəbul ediblər. Ziyafət zamanı tərəflər arasında mübahisə düşüb və nəticədə Adıgözəlov bıçaq götürərək təqaüdçülərə 50 zərbə vurub. Zərbəyə məruz qalan təqaüdçülər hadisə yerində həlak olublar. İstintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə