“Milli Şura” sağlam düşüncəli ictimai rəyin qınağında və hiddətində İTTİHAMLAR
Qurum təmsilçiləri sərt şəkildə hədəfə alınıblar
“Milli Şura”nın sonuncu virtual toplantısı – “zoom konfrans” zamanı qurumun koordinasiya mərkəzinin təmsilçilərinin iştirakı ilə üzə çıxan biabırçı faktlar ictimai rəyin tanınmış şəxsləri, media adamları, habelə siyasi partiya rəsmiləri tərəfindən də qınanılmaqdadır. İstər AXCP sədri Əli Kərimlinin, istər Cəmil Həsənlinin, istər Gültkəin Hacıbəylinin, eləcə də “Milli Şura”nın digər təmsilçilərinin sözügedən toplantının canlı yayımda ictimailəşdirilməsinə baxmayaraq, baş verənləri gizlətmək məqsədi ilə hakimiyyətə böhtan atmaları, “bəyanat” yayaraq bunu “kibercinayətkarlıq” kimi qələmə vermələri, o cümlədən, onların digər müxalifət partiyalarına qarşı təhqirli mövqe sərgiləmələri, habelə, koordinasiya şurasının aparıcı üzvlərindən sayılan Eldəniz Quliyevin səsli-küylü istefası bu adamların normal, sivil müxalifətçilik qabiliyyətlərinin olmaması ilə yanaşı, həm də əxlaqi baxımdan ciddi problemlərinin mövcud olmasını isbatladı.
SİA olaraq, bir sıra tanınmış şəxslərin sözügedən mövzu ilə bağlı münasibətlərini diqqətə çatdırırıq.
Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov: “Güliçkanın əlində növbəti dəfə bomba partladı, əl atdı ki, rüsvayçılıqdan özünü “kibercinayət”, “izləyirlər, dinləyirlər” bəhanəsi sığortalasın, növbəti dəfə yağışdan çıxıb, yağmura düşdü”
“Kərimli növbəti dəfə özünü biabır etdi. Məsləhət idi ki, bu məqamda susa”. Bu fikirləri qhtxeber.az saytının rəhbəri, tanınmış jurnalist Sənan Nəcəfov sözügedən mövzu ilə bağlı fikirlərini yazarkən qeyd edib. O, G.Hacıbəylinin hakimiyyətə qarşı “kibercinayətkarlıq” ittihamına cavab olaraq yazıb ki, əslində belə davranış onların köhnə adətləridir: “Güliçkanın əlində növbəti dəfə bomba partladı, əl atdı ki, rüsvayçılıqdan özünü “kibercinayət”, “izləyirlər, dinləyirlər” bəhanəsi sığortalasın, növbəti dəfə yağışdan çıxıb, yağmura düşdü. Xatırladım ki, “8 marş”-hür küçələr, Bakı da bizimdir, filan yer mənimdir, kimə istəsəm paylayaram, zad söhbəti zamanı Kərimli özünü demokrat, insan haqlarının mahir müdafiəçisi kimi göstərib status paylaşmışdı ki, sosial şəbəkə istifadəçilərindən, abır-həya edən insanlardan elə basqı gördü ki, sözünü geri götürdü. “Mən ancaq toplaşmaq hüququdhfgshjd”. Bu dəfə də təkrarlandı. Necə? Tutaq ki, video kimin vasitəsilə yayılıb, (halbuki Qəminət özü dedi ki, canlıdır) bu əsas verirmi ki, insanları təhqir etsinlər, küçə söhbətləri etsinlər, söyüş söysünlər? Bay, Kərimli Əli, gözəl atalar sözündə deyildi kimi, ya demokratiyadan doy, ya əldən qoy. Belə başqa cür alınmır. Quraşdırdığın minalar tez partlayır, bu qədər yaralanmaq olmaz”.
REAL partiyasının icraçı karibi Natiq Cəfərli: “Onların REAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım”
REAL partiyasının da zoom konfrans zamanı ardıcıl təhqirlərə məruz qalması qarşı tərəfin hiddətinə səbəb olub. Partiyanın icraçı katibi Natiq Cəfərli sosial şəbəkədəki səhifəsində yazıb ki, “Milli Şura” ilə bağlı hər şey ona çoxdan məlum idi: “O qurumla bağlı şəxsən mənə 2013-də hər şey aydın idi. O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma qoşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq imtina etdik. Çünki, dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan, şəxs-şəxslər ərtafında bütpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı”.
N.Cəfərli VHP-nin “Milli Şura”dakı təmsilçisi Rafiq Manaflının faşist Almaniyasının lideri Adolf Hitlerə rəğbət bəsləməsi faktına da ironik münasibət bildirib. SİTAT: “Gənc olmayan hitlerçilərə geniş cavab vermək istəmirəm, amma Gültəkinin layklar, şərhlərdə olan söyüşlər və internet baxışları haqqındakı cümlələr bir daha təsdiq etdi ki, bunlar 100 nəfərin hərəsinə 15-20 saxta profil açmaqla layklar və disklayklar qoyurlar, şərhlərə söyüş yazdırırlar ki, sonradan bunu öz cılız və axmaq "arqumentlətinə" çevirsinlər. Bunu hamı bilirdi, amma indi daha aydın və aşkar göründü. Onların REAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım”.
“Bir çox dostlar MŞ-nın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! MŞ yoxdur, AXCP var”, deyə davam edən N.Cəfərliyə görə, o partiya özünə oyuncaq yan qurum kimi MŞ-nı saxlayırdı ki, məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər, və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa ora hər iki qurumdan təmsilçi salaraq səsvermədə üstünlük qazansınlar: “Vəssalam. Bu qədər primitiv və köhnədirlər. Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə yoxdur”.
REAL rəsmisi onları hakimiyyətə işləməkdə ittiham edən “Milli Şura” təmsilçilərinin əksəriyyətinin zamanında həmin işi gördüklərini bildirib və əlavə edib ki, onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən-davranan siyasi təşkilatı həmən düşmən görüb sıradan çıxartmağa çalışırlar...
Jurnalist Azər Rəşidoğlu: “Zoom-konfrans bazar qadınlarının qeybətinə bənzəyirdi”
"Yazmaya bilməzdim. Mənəvi borc bildim özümə. İstəyən oxusun, istəməyən oxumasın, bunları deməliyəm. Eldəniz Quliyev Milli Şuradan istefa verdi. Onu heç vaxt nə güclü rejissor, nə siyasətçi, nə ziyalı hesab etmişəm”, yazan jurnalist Azər Rəşidoğlu digər fikirləri ilə yanaşı onu da qeyd edib ki, vaxtında KQB-nin arxivləri açılsaydı, indi çoxları "mıq" eləyə bilməzdi. O, bu məsələdə Eldəniz Quliyevin agent olduğuna işarə vermədiyini də qeyd edib.
A.Rəşidoğlu davam edir: "Beləliklə, E.Quliyev istefa verdi, Cəmil Həsənli, Gültəkin Hacıbəyli geylərdən üzr istədi. Söz azadlığıdır? Yox! Söz azadlığı olsaydı, bu gün MŞ-da olanlar on illərdir təhqir etdikləri İsa Qəmbərdən, sıravi müxalifətçilərdən də üzr istəyərdilər. Yüz minlərlə müsavatçı 2013-cü C.Həsənliyə səs vermişdi, amma professor onların az qala hamısını dönük adlandırır, amma geylərdən üzr istəyir. G.Hacıbəyli də keçmiş əqidadaşlarını - hakimiyyət mənsublarını təhqir edir, bu gün müxalifətin əzabını yaşayan müsavatçıları təhqir edir, üzr istəmir, amma seksual azlıqlardan üzr istəyir...”
Tanınmış jurnalist Müsavatın sabiq başqanı İ.Qəmbərin tərəfdarı olmadığını yazaraq qeyd edir ki, o da müəyyən işlər görüb və hazırda C.Həsənlinin və “Milli Şura” rəhbərliyinin onu təhqir etməsi, üzr istəməməsi, əksinə, İsmayıl adlı geydən həvəslə üzr istəmələri doğru seçim deyil: “Ə.Kərimli isə yenə də susur. Müdrikcəsinə. Onun əmrində olan minlərlə fəal (trol yazmaq istəmədim) müsavatçıları, realçıları. müstəqil jurnalistləri linç edir, geylər isə toxunulmazdır, çünki onların arxasında Xədicə İsmayıl durur. Xədicəyə qarşı isə gəlməyə onların cəsarəti çatmır. Bu, rəzalət deyil, nədir? Burada bir məqamı da yazmaq istəyirıəm. Məşhur zoom-konfrans bazar qadınlarının qeybətinə bənzəyirdi. Bu səviyyədə olanalra kim səs verər ki? "Gey qalmaqalı"nı unutmaq üçün onlara yeni hədəf lazımdır. Odur ki, hər birimiz təhqir oluna bilərik. Lakin və amma geyləri dəstəkləyən, onlardan üzr istəyən heç bir siyasi qüvvəyə səs vermək fikrində deyiləm!"
Beləliklə, həm də belə qənaətə gəlmək olar ki, əslində bu, “Milli Şura”nın, bütövlükdə isə, məhz AXCP sədri Əli Kərimlinin və yan-yörəsinin son akkordlarıdır. Halbuki, onlar siyasi arenanı üzüsulu şəkildə də tərk etmək imkanlarına malik olublar, özü də dəfələrlə. Sadəcə, bu imkanlardan istifadə etməməklə, daha keçilməz bataqlığa doğru irəliləyiblər. Bu isə, əslində sondur – rüsvayçı, biabırçı və heç bir halda haqq qazandırıla bilinməyəcək acizlərin sonu!
Rövşən NURƏDDİNOĞLU
P.S. Xatırladaq ki, Müsavat başqanı Arif Hacılı da bu arada mətbuata açıqlamasında sözügedən təhqirlərə görə fikir bildirib. “Müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuranın üzr istəməsini tələb ediblər. Bununla bağlı bütün hallarda partiyamızın açıqlaması olacaq. Sadəcə, üzr istəsələr, açıqlama başqa, üzr istəməsələr isə başqa şəkildə olacaq. Bu, ümumilikdə çox pis hadisədir. Hazırda bu məsələni araşdırırıq. Ümid edirəm ki, onlar özləri yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirəcəklər”, deyə müsavatçıların rəhbəri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB