"Ulu öndərin memarı olduğu müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir" Sahibə Qafarova
“May ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi tamam olacaq. Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımızın yaradıcı zəkasını və enerjisini təcəssüm etdirən ulu öndər millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, Ümummilli liderin sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, sonra isə müstəqil milli dövlətçiliyini qoruyub saxlamış və ardıcıl inkişaf yoluna çıxarmışdır.
Spiker söyləyib ki, 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində Ulu öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edib: “Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq, xilaskarlıq və quruculuq missiyasını uğurla həyata keçirib və əsl milli lider olduğunu sübuta yetirib”
Sahibə Qafarova vurğulayıb ki, Ulu öndərin zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti bu gün etibarlı əllərdədir, başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir: “Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirib. Azərbaycanın xoşbəxt gələcəyi İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Ulu öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB