"Azərbaycan qələbənin əldə edilməsində əsas rola malik olub" RƏY-ÖZƏL

"Azərbaycan qələbənin əldə edilməsində əsas rola malik olub" RƏY-ÖZƏL

"Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin əldə edilməsində əsas rola malik olub. Belə ki, Azərbaycan nefti cəbhədə istifadə olunan yanacaq təlabatının 80 faizindən çoxunu ödəyir, cəbhə üçün vacib 130-dan çox silah-sursat Bakıda istehsal olunurdu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, müharibə dövründə Bakı gecə-gündüz səfərbər olunaraq cəbhə üçün çalışırdı.

Deputat söyləyib ki, İkinci Dünya Müharibəsində Azərbaycanın əvəz olunmaz rolu olduğunu başa düşən Hitlər Bakını birinci işğal etmək planını da cızmışdı: " Hətta Bakı üzərində qələbəni qeyd etmək üçün tort da sifariş olunmuşdu. Hitlerə təqdim edilən bayram tortunun üzərində "Xəzər dənizi" sözləri yazılmışdı. Amma Hitlər öz niyyətinə çatmadı".

Azərbaycan və Rusiya arasında münasibətlərə toxunan A. Badamov vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır.

O qeyd edib ki, müstəqil ölkə olan Azərbaycan və Rusiya arasında olan münasibətlər qarşılıqlı maraq və hörmət əsasında günü-gündən möhkəmlənir: "Dövlət başçıları arasında yüksək dostluq münasibətləri və intensiv görüşlər iki ölkə əlaqələrinin möhkəmlənməsində əsas yer tutur. Rusiya Azərbaycanın istehsal etdiyi qeyri-neft məhsullarını ən çox ixrac edən ölkədir. Azərbaycan da Rusiyanın iqtisadiyyatına milyardlarla dollar investisiyalar yatırıb".

Deputat əlavə edib ki, Azərbaycanla Rusiya arasında mütəmadi keçirilən iqtisadi forumlarda əməkdaşlığın yeni proqramları imzalanır: "Ölkələrimiz arasında istifadə olunmamış kifayət qədər böyük potensial mövcuddur. Düşünürəm ki, gələcəkdə bu potensialın reallaşdırılması istiqamətində çoxlu layihələr həyata keçiriləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə