Hacıqabulda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var - FOTO

Bu gün İpək yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Heydər Əliyev adına Dərin Özüllər Zavodunun sərnişin avtobusu aşıb. DYP-nin 7-ci tağımının inispektoru Muradovun hadisə ilə bağlı SİA-nın Aran bürosuna verdiyi məlumata görə, saat 10 radələrində Bakı-Qazax yolunun 112-ci km-də yağmurlu hava şəraitində 90 JF806 dövlət nömrə nişanlı "Hyundai" markalı sərnişin avtobusunun sürücüsü qəflətən idarə etməni itirib və avtobus aşıb.

 

Nəticədə 1 nəfər dünyasını dəyişib, digər sərnişinlər isə xəsarət alıblar. Onlardan 3 nəfəri Hacıqabul mərkəzi xəstəxanasına, 15 nəfəri isə müxtəlif dərəcəli yüngül bədən xəsarətləri ilə Şirvan mərkəzi xəstəxanasına yerləşdirilibər.

 

Məlumat üçün qeyd edək ki, ARDNŞ-nin tabeliyində olan zavodun sərnişin avtobusunda olanlar adıçəkilən müəssisənin işçiləridir və Göranboy rayonuna yas mərasiminə gedirmişlər. Xəstəxanalardan yaralıların vəziyyətinin normal olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə