Əli Kərimlinin bitmir-tükənməyən “mahnaları” TƏRS BAXIŞ

Əli Kərimlinin bitmir-tükənməyən “mahnaları” TƏRS BAXIŞ

AXCP sədrinin internet davası, yoxsa hay-küyçülüyün son həddi?

“Getmək istəyirsən, bəhanəsiz get” deyilən bir ifadə var. Bu ifadə demək olar ki, bütün mənalarda AXCP sədri Əli Kərimliyə aiddir. Əgər bu gün “Ə.Kərimli deyərkən, düşüncələrdə hansı assosiasiyalar yaranır?” sualını verərsək, ağıla gələn ilk şey məhz yersiz narazılıq, hər şeyə etiraz və siyasi həyasızlıq faktoru önə çıxır. Əslində bu, cəbhəçilərin sədrlərinin real portret cizgilərinin bir hissəsidir.

Halbuki, sosial şəbəkədə “admin heyəti” adı altında fikirlərini çatdırırdı

Beləliklə, Ə.Kərimli uzun müddət idi ki, guya internat bağlantısında ona qarşı “təxribatın” həyata keçirildiyini iddia edir, bunu “səsinin boğulması” olaraq ictimai rəyə sırımağa çalışıdrı. Halbuki, sosial şəbəkədə “admin heyəti” adı altında fikirlərini çatdırırdı. Belə olan halda sual yarandı ki, əgər onun internat bağlantısı kəsilibsə, o necə hadisələrdən xəbərdar olur, fikirlər bildirir, şərhlər yazır, ümumiyyətlə trollarını idarə etməkdə davam edir? Bu sualın cavabı nə Ə.Kərimli, nə də yan-yörəsindəkilər tərəfindən verilmədi. Üstəlik, bununla yanaşı, hakimiyyətə qarşı hay-küy metodu, “mahnaları” da davam etdirildi. Lakin...

İctimai reaksiya yoxdur, ümumiyyətlə heç olmadı da...

Lakin bu günlərdə məlum oldu ki, AXCP sədrinin “interneti bərpa oldu”, yəni Ə.Kərimli gördü ki, onun bir müddət saldığı haray-həşirləri istədiyi nəticəni vermir və ona görə də, başlayıb bu ətrafda uğursuz fikirlərini yönəltməyə. Görünür, indi də bu istiqamətdə özünü ülgücləyən cəbhəçilərin sədri yenidən ictimai reaksiyanın verilməsini izləmək istəyindədir. Amma ictimai reaksiya yoxdur, ümumiyyətlə heç olmadı da...

Kifayət qədər gülünc təsir bağışlayan iddiasında o deyir ki, “telefonunda internet bərpa olunub” və guya bilmir ki, bu “müvəqqəti gözə kül üfürməkdir, yoxsa internet blokadasının qismən ləğvi...” (?!-R.R.) Maraqlıdır, görəsən Kərimli belə gülünc iddia və ittihamları ilə həqiqətənmi hər hansı siyasi üstünlük əldə edəcəyini düşünür? Əgər bu həqiqətən də belədirsə onda o doğrudan da siyasi sərsəmin təkidir və ümumiyyətlə, səbatsızlığını növbəti dəfə ortaya qoyub.

Milçək iyrənc deyil, könül bulandırır və ya dəyirman öz işindədir, çax-çaxı baş ağrıdır...

Məsələn, telefonunda internetin olduğunu deyir, ancaq kompüterini internetə qoşa bilmədiyini bildirir. Halbuki, burada texniki nasazlığın mövcudluğu göz önündədir. Yəni o kompüterini yoxlamalı, ya da ustaya verməlidir ki, internetə nəyə görə bağlana bilmir, bu qədər bəsit! Hətta Ə.Kərimli o qədər bəhanəçidir ki, internetin qəsdən kompüterlə telefonu arasında fərq qoyduğunu, internetin günahkar olduğunu da iddia edə bilər! Ona nə var ki, üzəduranlıq, siyasi həyasızlıq kimi şakərlə malik birinin bu ittihamı da irəli sürməsindən təəccüblənməyə dəyməz.

Bir sözlə, fakt budur ki, Ə.Kərimli yavaş-yavaş siyasi arenadan rədd olub gedəcəyi günün yaxınlaşdığını hiss edir. Amma getməsi ərəfəsində bax bu cür sərsəm bəhanələri ilə ictimai rəyin zəhləsini aparır. Atalarımız demişkən, milçək iyrənc deyil, könül bulandırır və ya dəyirman öz işindədir, çax-çaxı baş ağrıdır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə