"Ədalət olmayanda qanuna hörmət, dövlətə inam da olmur" Musa Quliyev

"Ədalət olmayanda qanuna hörmət, dövlətə inam da olmur" Musa Quliyev

“Hakimlərin hər biri təqdim olunan vəzifəyə layiqdirlər. Yeni vəzifəyə təyin olunan hakimlərin hər birinə uğurlar arzu edirəm. Ədalət olmayanda qanuna hörmət, dövlətə, cəmiyyətə inam da olmur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı deyib.

O bildirib ki, “Qalxın, məhkəmə gəlir” deyəndə əslində insanlar hakimin timsalında ədalətin ayağına qalxırlar: “İkinci arzum bəraət hökmünün çıxarılması ilə bağlıdır. Bəraət hökmü bizim məhkəmələrdə arzu etdiyimiz səviyyələrdə deyil. Növbəti təklifim qanunun tətbiqi zamanı həbs qəti-imkan tədbiri olmayan cəzalara üstünlük verilməsi ilə bağlıdır. Bu gün təyinat alan hakimlərdən çoxunu yaxşı tanıyıram. Onların hakim və hüquqşünas kimi yüksək keyfiyyətli kadrlar olduğuna inanıram”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə