Aprelin 20-də Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əd-Dusərini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər, xüsusilə iki ölkə arasında mövcud olan iqtisadi əlaqələr müzakirə olunub.
Görüş zamanı "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş"in ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb.
Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı, 2005-ci il martın 9-da imzalanmış bu saziş müvafiq müddəalarına uyğun olaraq ratifikasiya sənədlərinin mübadiləsi tarixindən otuz gün sonra, yəni cari ilin 20 may tarixindən qüvvəyə minəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB