Ermənistan parlamentinin vitse-spikeri, Paşinyan hökumətinin söz sahiblərindən biri Alen Simonyan müxalifətyönlü “Adekvad” təşkilatının təsisçisi Artur Danielyanın burnuna nəyə görə baş zərbəsi endirməsinin təfərrüatını açıqlayıb. SİA xəbər verir ki, onun fikirlərini panorama.am saytı yayıb. Simonyan Facebook sosial şəbəkəsində canlı yayıma çıxarkən bildirib ki, Danielyan onun salamına senzuradan kənar söyüşlə şəkildə cavab verib. O, həmçinin deyib ki, Danielyan müxalifətə keçməmişdən öncə “Vətəndaş sazişi” partiyasında təmsil olunub və onu partiyadan tanıyır. Onlar parkda gəzinti edərkən rastlaşıblar. Simonyana görə, Dabielyan ona uzun və anlaşıla bilinməyən baxışlarla baxıb.
“Mən cavabında dedim: salam, Artur. Cavabında isə növbəti ifadəni eşidib: “salam it oğlu”. Mən üzr istəyirəm və hər şeyi danışmaq istəmirəm. Ona yaxınlaşaraq dedim ki, mən də həmin ifadəni və münasibəti bəsləyirəm və başımla burnuna zərbə endirdim”, Ermənistan parlamentnin vitse-spikeri deyib.
“Mən onu da anlayıram ki, dövlətin səlahiyyətli şəxsiyəm, ancaq bu o demək deyil ki, kimsə adi salamlamaya belə bir reaksiya versin”, Simonyan bildirib və sonda qeyd edib ki, lazımi məsuliyyəti daşımağa da hazırdır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB