"Ümumiyyətlə karantin rejimi əbədi davam edə bilməz. Bu ölkədə iqtisadi vəziyyətə pis təsir edəcək. Digər tərəfdən bu insanların psixologiyasına ciddi təsir edə bilər və müxtəlif başqa xəstəliklərin yaranmasına səbəb ola bilər. Ona görə də mümkün qədər karantin rejimindən tez çıxmaq lazımdır. Amma bunu da indiki vəziyyətdə etmək çox risklidir". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, koronovirusla mübarizə hələ bitməyib və proqnozlaşdırılması çətindir: "Ona görə də tələsmək olmaz. Bu baxımdan Azərbaycanda dünyanın hər bir ölkəsində olduğu kimi mərhələli şəkildə karantin rejimindən çıxmaq üçün addımlar atılır. İndiki mərhələdə yündülləşdirmə tətbiq olunur. Təbii ki, bu da başa düşüləndir və məqbuldur. Düşünürəm ki, insanların sağlamlığı hər şeydən üstündür. Digər tərəfdən də insanların gündəlik keçimini təmin etməsi, eləcə də öz təsərrüfatlarını, bizneslərini inkişaf etdirməsi, irəli aparması vacibdir. O baxımdan çox düzgün qərarlar qəbul edilib ki, mərhələli şəkildə müxtəlif sahələrdə fəaliyyət bərpa edilsin. Hər halda Azərbaycan dövlətinin müvafiq qurumları, eləcə də cənab Prezidentin özü hər şeyi ciddi şəkildə ölçüb-biçir. Bu mərhələyə qədər biz deyə bilərik ki, həqiqətən də Azərbaycan olduqca uyğun bir rejim tətbiq etməklə həm yoluxanların sayının azalmasını, həm ölənlərin sayının minimumda saxlanılmasını təmin etdi, həm də digər tərəfdən vətəndaşların ümumilikdə sağlamlığının qorunmasına nail ola bildi. Ona görə də bu cür davam etmək ən uyğun variantdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB