Aprelin 19-u Hollandiyanın nüfuzlu beyin mərkəzlərindən sayılan "Clingendael"-in Enerji Proqramının direktoru Lusiya Van Geuns və baş elmi işçisi Kristof Van Aqt Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) qonağı olmuş və SAM-ın əməkdaşları ilə görüşüblər.
SAM-dan SİA-ya verilən xəbərə görə, qonaqlara Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib. Hollandiyalı analitiklər "Xəzər Neft-Qaz" adlı hesabatın üzərində çalışdıqlarını və bu məsələ ilə bağlı azərbaycanlı ekspertlərin fikirləri ilə maraqlandıqlarını və araşdırmanın yekunu olaraq bu ilin payızında Hollandiyada eyni adlı beynəlxalq konfrans keçirəcəklərini bildiriblər.
Görüşdə həmçinin iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin və elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Görüş zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional enerji layihələri, ölkəyə yeni sərmayələrin cəlb olunması və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB