Dünya ölkələri Çernobl layihələri fonduna ayırdıqları maliyyənin miqdarını açıqladılar-TAM SİYAHI
Dünya ölkələri və beynəlxalq təşkilatlar Çernobl hadisəsinin nəticələrinin aradan qaldırılması layihələri üçün ayıdıqları maliyyənin miqdarını açıqlayıblar. SİA-nın məlumatına görə, ümumi məbləğ təxminən 460 milyon avro təşkil edir. Bundan başqa Ukrayna prezidenti Viktor Yanukoviç bildirib ki, ilkin nəticələrə görə, Çernobl layihələri fondunda təxminən 550 milyon avro toplanıb.
Bu günki beynəlxalq konfransdan sonra keçirilən brifinqdə o həmçinin bildirib ki, Ukraynanın ayırdığı pul 29 milyon avro təşkil edir.
Beləliklə, layihələr üçün Rusiya 45 milyon avro, Böyük Britaniya 28,5 milyon funt ayırır ki, bu da 32 milyon avro təşkil edir.
Fransa fonda 47 milyon avrodan çox maliyyə göndərməyi planlaşdırır.
Avstriya 2,5 milyon avro, Azərbaycan 1 milyon dollar (təxminən 700,5 milyon dollar), Belçika 300 min avro, Litva 10 min avro ayırır.
Çin 4 milyon avro, Hindistan 1 milyon dollar (700,5 min avro), Yunanıstan 100 min avro, Koreya 200 min dollar (140 min avro), Küveyt 3,6 milyon avro ayıracaq.
Almaniya 42,4 milyon avro, Norveç 500 min avro, Sloveniya 120 min avro, ABŞ 86 milyon avrodan çox, Finlandiya 5,4 milyon avro, Çexiya 2,6 milyon avro, Macarıstan 2 milyon avro, Lüksemburq 1,5 milyon avro ayırmağı planlaşdırır.
Bu siyahıda Rumıniya 500 min avro, İsveç 3 milyon avro və Xorvatiya 150 min avro ilə yer alırlar.
O cümlədən Türkiyə 1 milyon avro ayıracağını elan edib, lakin yekun rəqəm daha sonra bəlli olacaq. Həmçinin bəzi ölkələr də ayıra biləcəkləri yekun məbləği hələ elan etməyiblər.
Bundan öncə Avropa Yenidənqurma və İnkişaf Bankı 120 milyon avro ayıracağını elan etmişdi. Avropa Komissiyası isə 110 milyon avro ayırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB