“Vergi güzəştləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir” ÖZƏL-MÜNASİBƏT

“Vergi güzəştləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir” ÖZƏL-MÜNASİBƏT

Əslində, vergi güzəştləri və tətillərin verilməsi təklifi kiçik və mikro kiçik sahibkarlıqla yanaşı orta və böyük sahibkarlıq, iqtisadiyyatın müxtəlif sahələrini də əhatə edib ki, burada kənd təsərrüfatı, turizm sektoru, istehsal sektoru və digər sahələr əks olunub. Bu sözləri SİA-ya müsahibəsində İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.

Mərkəzin sədrinin sözlərinə görə, tətillər dediyimiz zaman, məsələn, deyək ki, cari vergi hesabatlarının vaxtının uzadılması, yaxud da cari vergi hesabatları ilə bağlı olaraq mövcud vergilərin ödənilməsinin vaxtının uzadılması məsələləri, əmək və torpaq vergisinin bir ilinin ödənilməməsi ilə bağlı güzəştlər, xüsusən də pandemiyadan zərər çəkən sahələr üçün olan güzəştlər nəzərdə tutulur.
“Kənd təsərrüfatı ilə bağlı olan güzəştlər, məsələn orada sosial ödəmələrin faizlərinin aşağı salınması kimi məsələlər və sairləri olmaqla bütün bunları bir neçə istiqamətdən qiymətləndirmək olar. Birinci növbədə dövlət pandemiyadan zərər çəkən sahibkarların maliyyə dayanıqlığının təmin olunması üçün onların öz resurslarına qənaət etməsinə köməklik göstərir. İkincisi də dövlət imkan yaradır ki, bu gün şəffaf işləyən sahibkarlıq subyektləri dövlətin dəstəyini hiss eləsinlər və onlar şəffaflaşmaqda davam etsinlər. Burada qeyri-şəffaf işləyənlərə də bir nümunə olur ki, onlar da şəffaf işlədikləri halda artıq dövlətin dəstəyindən məhrum olmayacaqlar və dövlətin də onların yanında olmasını hiss edəcəklər. Üçüncüsü, Azərbaycanda sahibkarlıq subyektlərinə koronavirus pandemiyası dövründə güzəştlər olunur ki, dünyada, məsələn dünyanın bir sıra ölkələrində, hətta sahibkarlıq subyektləri müflis olduğu, bağlandığı halda, Azərbaycanda bu mülisləşmə, bağlanma proseslərinin qarşısı alınsın. Dördüncü məsələ, sahibkarların dayanıqlı fəaliyyətini qoruyub saxlamaqdır ki, koronavirus pandemiyası dövründən sonra həmin sahibkarlıq subyektləri öz fəaliyyətlərini rəqabətə davamlı şəkildə davam etdirə bildirsinlər. Yəni koronavirus pandemiyası dövründə elə bir zərər çəkməsinlər ki, onlar sonradan fəaliyyət göstərməkdə çətinliklə üzləşməsinlər. Digər, beşinci bir məsələ, ölkədə sahibkarlıq subyektlərinin, xüsusən də ölkəni zəruri ərzaqla təmin edən, istehsalla, ticarətlə məşğul olan, dərman ləvazımatları istehsalı, ticarəti ilə məşğul olan subyektlərə dəstək göstərməkdir ki, ölkədə ərzaq təhlükəsizliyi qorunub saxlanılsın. Yəni, BMT bu günlər bəzi çağırışlar edir ki, dünyada ərzaq problemi ilə üzləşə bilərik, müəyyən qida çatışmazlığı olar ki, bax bunların qarşısı alınsın. Ona görə də kənd təsərrüfatına olan dəstəklər, o cümlədən ərzaq istehsalına olan dəstəklər məhz xalqın, Azərbaycan xalqının ümumiyyətlə belə çətin imtahanla üzləşməməsi üçün görülən tədbirlərdən biridir. Digər bir məsələ isə, altıncı olaraq biz bunun əhəmiyyətini vurğulasaq, biz görürük ki, müəyyən bu şəffafflaşma ilə bağlı işlərin davam etdirilməsi üçün müxtəlif uçotla bağlı işlərə dəstək göstərilməsidir. Bəllidir ki, ölkədə şəffaflaşma üçün mütləq uçotun aparılması lazımdır və ona görə də uçotu aparan qurumlara da dəstək göstərilir”, deyə Ruslan Atakişiyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə