Baş nazir Artur Rasizadə Kiyevə gedib

Baş nazir Artur Rasizadə Kiyevə gedib

Azərbaycanın Baş naziri Artur Rasizadə bu gün Kiyevə yola düşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş naziri Artur Rasizadənin səfərinin məqsədi Çernobıl qəzasının 25 illiyinə həsr olunmuş sammitdə iştirak etməkdir.

 

Xatırladaq ki, 1986-cı il aprel ayında Ukraynanın şimalında yerləşən Çernobıl şəhərində Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış baş verib və alov 3 bloku bürüyüb. Hadisə nəticəsində 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib. Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələlər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə