Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 19-da başa çatıb.

SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rumıniya Prezidenti Trayan Beseskunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə