Təşəkkür məktublarının təməlində böyük sevgi və ehtiram dayanır ÖZƏL - AÇIQLAMA

Təşəkkür məktublarının təməlində böyük sevgi və ehtiram dayanır ÖZƏL - AÇIQLAMA

"Bütün bu məktubları göndərməkdə vətəndaş haqlıdır çünki, Prezidentin həyata keçirdiyi siyasət o qədər geniş və əhatəlidir ki, bu siyasətdən Azərbaycanın bəhrələnməyən ailəsi qalmayıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini olan deputat Jalə Əliyeva Prezident İlham Əliyevə ünvanlanan təşəkkür məktubları ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, Prezidentə davamlı olaraq ünvanlanan təşəkkür və minnətdarlıq məktublarının təməlində və mahiyyətində əlbəttə ki, böyük sevgi, ehtiram və görülən işlərə görə millət borcu dayanır: "Bunun mahiyyətində Prezidentin xalqın yanında olmaq siyasəti dayanır, Prezidentin hər bir vətəndaşının yanında olmaq siyasəti dayanır. Prezidentin kimliyinədən, mövqeyindən asılıq olmayaraq hər bir Azərbaycan vətəndaşına yaxşı Prezident olmağı bacarmaq siyasətinə dayanır. Əlbəttə ki, bütün bu məktubları göndərməkdə vətəndaş haqlıdır çünki, Prezidentin həyata keçirdiyi siyasət o qədər geniş və əhatəlidir ki, bu siyasətdən Azərbaycanın bəhrələnməyən ailəsi qalmayıb. Ölkə rəhbərinin Prezident büstünə qalxdığı hələ ilk illərdən bu günə qədər söylədiyi və addım-addım əməl etdiyi "Azərbaycanda ən böyük kapital insan kapitalıdır" amilinə əsaslanaraq bu gün ölkəmizdə çox böyük quruculuq işləri həyata keçirilir. Bu işlərdən hər bir Azərbaycan vətəndaşı bəhrələnir".

Jalə Əliyeva Azərbaycanda dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar görülən işlərə də toxundu: "Bu pandemiya Azərbaycandan da yan keçmədi. Lakin biz görürük ki, vaxtında atılan düzgün addımlar, həyata keçirilən geniş fəaliyyət nəicəsində bu bəlanı ölkəmizdən demək olar ki, uzaqlaşdıra bilirik. Azərbaycanı digər ölkələrlə müqayisə etsək, yoluxma və ölüm statistikasında Azərbaycanın ən axırıncı yerdə olduğunu görərik. Virusdan sağalanların da müsbət tendensiyasına şahid olmuş oluruq. Bu da onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də sözün əsl mənasında güclü bir ölkədir. Azərbaycanın güclü iqtisadiyyatı var, bütün bunlar olmadan əlbəttə ki, biz bu mübarizədə virusa qalib gələ bilməzdik. Bu gün biz qaliblər sırasındayıq. Ölkəmizin həyata keçirdiyi fəaliyyət nəticəsində, tədbirlər nəticəsində bu böhrandan da tezliklə qurtulacağıq və Azərbaycan qaldığı yerdən inkişafının ən gözəl mərhələsinə bir daha qədəm qoyacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə