"Dövlətin ən başlıca məqsədi əhalinin sağlamlığı və sosial müdafiəsidir” ÖZƏL-AÇIQLAMA

"Dövlətin ən başlıca məqsədi əhalinin sağlamlığı və sosial müdafiəsidir” ÖZƏL-AÇIQLAMA

"Koronavirus pandemiyası ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən məşğulluğun və sosial rifahın, əhalinin sağlamlığının dəstəklənməsi istiqamətində atılan addımlar vətəndaşlar tərəfindən razılıqla qarşılanır". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bunları deyib.

Millət vəkili bildirib ki, Prezidentin ötən gün keçirdiyi videokonfrans müşavirə bir daha təsdiq etdi ki, dövlətimizin yaranmış ağır vəziyyətdə ən başlıca məqsədi əhalimizin sağlamlığı və sosial müdafiəsidir: "Belə bir vəziyyətdə müavinət alacaq işsizlərin sayının 600 min nəfərə çatdırılması bunu bir daha göstərir. İnsanların maaşlarını saxlamaqla məzuniyyətə çıxmaları, sosial yardımların verilməsi bunlara bariz sübutdur. Eyni zamanda dövlət başçısı məşğulluqla bağlı göstərişlərini verdi və yeni ictimai iş yerləri açılacaq. Bütün bunların hamısı dövlətimizin güclü olması və maliyyə imkanlarımız hesabına əldə edilib. Ona görə də bizim hər birimiz çalışmalıyıq ki, koronovirus pandemiyasından yaranmış ağır şəraitdən az itki ilə çıxaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə