Deputat: “Azərbaycan bundan sonra diplomatik yollarla İranın ölkəmizin mövqeyini başa düşməsinə çalışacaq”
"Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü ona görə baş tutdu ki, Azərbaycanın bu iki ölkə ilə heç bir problemi yoxdur". Bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın bu ölkələr arasında münasibəti yaxın qonşuluq münasibətlərindən yaxın dostluq münasibətlərinə çevrilib və tərəflər aralarında olan məsələləri danışıq, qarşılıqlı anlaşma və maraqların qorunması yolu ilə həll etməyi bacarırlar.
Onun sözlərinə görə, ümumi sərhəd, tarix, mədəniyyətə malik olan ölkələrin nümayəndələrinin vaxtaşırı görüşü, onlar arasında olan dostluq münasibətlərinin yüksək səviyyəsini göstərir. Millət vəkili söyləyib ki, hər regionda qonşu dövlətlər bu cür formatda görüşə bilmirlər: "Bu üç ölkənin rəsmiləri vaxtaşırı görüşürdülər. Ancaq bu üç ölkə xarici işlər nazirləri səviyyəsində ildə iki dəfə müvafiq olaraq ayrı-ayrı ölkənin daxilində görüşmək qərarına gəliblər. Növbəti görüş 6 aydan sonra Azərbaycanda, Naxçıvanda olacaq. Tərəflər o dövrə qədər birinci görüşdə razılaşdırılan məsələlər barəsində hesabat verəcəklər. Urmiyada keçirilən görüşdə diqqəti çəkən bir sıra razılaşmalar əldə edildi ki, buraya birgə layihələrin, müəssisələrin, mədəni proqramların həyata keçirilməsi, viza rejiminin yumşaldılması və digər məsələlər daxildir. Bunlar əlbəttə ki, bir-birinə yaxın olan xalqların daha da yaxınlaşmasına kömək edir".
Açıqlaması zamanı Azərbaycan İran münasibətlərinə toxunan A. Mirzəzadə vurğulayıb ki, Azərbaycanla İran arasında yeganə problem onun Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana hərtərəfli yardım etməsidir. O bildirib ki, bu məsələ barəsində ölkəmiz dəfələrlə İrana öz mövqeyini bildirib və Azərbaycan bundan sonra diplomatik yollarla bu məsələdə İranın Azərbaycanın mövqeyini başa düşməsinə çalışacaq.
"İranın Azərbaycanla olan iqtisadi münasibətləri Ermənistanla olan münasibətlərindən qat-qat yüksəkdir. Əsas problem İranın Ermənistana dəstək verməsilə onun işğal siyasətinin uzaqlaşmasına şərait yaratmasıdır. Azərbaycan bu istiqamətdə iş aparır. Bu baxımdan ümid edirik ki, İran tərəfi Azərbaycanın mövqeyini gec-tez müdafiə edəcək. Düzdür, bu bir qədər mürəkkəb bir məsələdir. Bu məsələdə İranın mövqeyindən çox şey asılı olsa da İranın daxilində güclü erməni diasporunun, orada fəaliyyət göstərən müxtəlif siyasi dairələrinin Ermənistanın güclənməsində maraqlı olması problemlər yaradır. Hər halda Azərbaycan İranın daxili işinə qarışmayaraq onun bu məsələdə obyektiv mövqe tutmasını istəyir", - deyə millət vəkili əlavə edib.
Qeyd edək ki, aprelin 16-da Urmiyada İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə əsas diqqət ölkələr arasında iqtisadi-ticarət münasibətlərinin daha da canlanmasına və sərhədyanı əlaqələrin sadələşdirilməsinə yönəldilib. Görüşdə nazirlər Urmiya Bəyannaməsi qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB