Çexiyada üzürlü səbəbdən ölkəni tərk etmək icazəsi verilib

Çexiya vətəndaşlarına üzrlü səbəbdən ölkə ərazisini tərk etmək icazəsi verilib. Bu icazə iş çərçivəsində, qohumların ziyarəti və ya həkimə getməklə bağlı ola bilər. Lakin respublikada COVID-19 təhlükəsi ilə bağlı bütünlüklə giriş-çıxışlar qapalıdır. Belə ki, sərhədlərin bütün məntəqələrində polis əməkdaşları və hərbçiər xidmət aparmaqdadırlar. SİA ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Çexiya DİN-i məlumat yayıb. Lakin icazələrlə bağlı digər qaydalar da tətbiq olunur.

“Çexiyaya geri dönən vətəndaşlar 14 günlük karantin müddətini keçməlidirlər. Mövcud qaydalar ölkə xaricinə qısa müddətli səfər edənlərə aid deyil. Karantinə ölkə hüdudlarını tərk edən tibb işçiləri də əməl etməyə bilərlər. Respublikaya xarici vətəndaşların daxil olmasını qadağan edən qanun isə qüvvədə qalmaqdadır”, məlumatda bildirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə