Həyasızlığın son həddi... TƏRS BAXIŞ

Əli Kərimli bu vaxta qədər sıravi partiyadaşlarının maaşlarını veribmi?

AXCP sədri Əli Kərimlinin pulgirliyi, ümumiyyətlə, pula-paraya görə hətta ən yaxın adamlarını belə satmaq “məharətində” olması kimsəyə sirr deyil. Ümumiyyətlə, nəinki yaxın adamlarını, eləcə də dövlət maraqlarını və s. bu kimi amilləri maddi vəsaitə dəyişən cəbhəçilərin sədrinin indi sosial şəbəkədə kimə gəldi pulun paylanılması ətrafındakı tələbləri anlaşılan deyil. Onun eyni zamanda, “Milli Şura”dakı və partiyasındakı tərəfdarlarının karantin rejimini pozmalarının və inzibati cəzalar almalarının ardınca bu vəziyyəti siyasiləşdirib, dərhal xaricdəki erməni havadarlarına göstərməsi də sübut edir ki, onun əsas məqsədi pul qazanmaqdır. Bütün bunların müqabilində dövlətdən kimə gəldi pulun ödənilməsi tələbini irəli sürməsi isə əslində həyasızlığın son həddidir. Çünki dövlət yalnız sosial vəziyyəti yaxşı olmayan, ehtiyaclı insanlara maliyyə yardımları edir və həmin maliyyədən axtarsaq, AXCP-də və s. müxalifət partiyalarında təmsil olunan şəxslər də faydalanırlar. Amma...

Əcəba, onun belə münasib dostları varsa, onda hansı səbəbdən aldığı pullardan ehtiyaclı cəbhəçilərə ödəmir?

Amma gəlin görək, Ə.Kərimli ümumiyyətlə hazırkı dövrə qədər onun üçün həbslərə düşən, təhsillərini yarımçıq qoyub, çirkin siyasətinə bulaşan tərəfdarlarına – aldadılmış kəvakiblərə ömründə bir dəfə də olsun əmək haqqı ödəyibmi? Yaxud, aldığı qrantlardan bölüşdürübmü? Əsla! Çünki ona sərf etmir. Əksinə, bunun yerinə öz ailəsini, gül balalarını yağ-bal içində dolandırıb, adını da qoyur ki, “dostlar kömək edir” (?!). Əcəba, onun belə münasib dostları varsa, onda hansı səbəbdən aldığı pullardan ehtiyaclı cəbhəçilərə ödəmir? Bu sualların cavabının verilməyəcəyini indidən demək olar. Belə ki, cavab vermək də, Ə.Kərimliyə sərf etmir...

AXCP-nin sıravi təmislçiləri haqlı olaraq, ondan öz əmək haqlarını tələb etməli olacaqlar

Halbuki, ondan fərqli olaraq digər müxalifət partiyalarının sədrləri hətta hesabat da verirlər, maliyyə xərclərini göstərirlər. Ancaq Ə.Kərimli sədri olduğu partiyanın qanunların tələb etdiyi hesabatını da vermir. Əgər sabah qanunlar əsasında onun partiyasının möhürü və ştampı ləğv olunarsa, onda görün həmin bu pulbaz və xəbis Ə.Kərimli daha hansı həyasızlıqları törədib, şalvarınnı sözün əsl mənasında başına çəkəcək!

Hələlik isə, Ə.Kərimli necə deyərlər çənə vurur, ətrafındakı Gültəkinlər, Eldənizlər, Cəmillər və başqaları da ona əl çalırlar. Ancaq fakt budur ki, AXCP sədrinin sosial şəbəkələrdəki pafoslu ifadələri bir gün onun öz başında çatlamalı olacaq. Çünki AXCP-nin sıravi təmislçiləri haqlı olaraq, ondan öz əmək haqlarını tələb etməli olacaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə