Hesablama Palatasının 2010-cu ildəki fəaliyyətinə dair hesabatı təsdiqləndi

Hesablama Palatasının 2010-cu ildəki fəaliyyətinə dair hesabatı təsdiqləndi

Milli Məclisin iclasında Hesablama Palatası 2010-cu ildəki fəaliyyətinə dair hesabatını təqdim edib. SİA-nın xəbərinə görə, hesabatı təqdim edən palatanın sədri Heydər Əsədov bildirib ki, Palata 2 il bundan qabaq 21, ötən il 31, bu il isə 41 yoxlama aparıb: "Biz çalışdıq ki, hesabat dövründə yalnız yoxlamaların sayını yox, onların əhatə dairəsini genişləndərək".

H. Əsədov vurğulayıb ki, Dövlət Neft Fondunda aparılan monitorinqlər göstərdi ki, Azərbaycanın valyuta ehtiyatları çox etibarlı formada yerləşdirilib: "Onların yerləşdirilməsində və istifadə edilməsində heç bir təhlükə yoxdur. Bu gün Neft Fondunun 26.5 milyard dollarlıq vəsaitinin 61 faizi AAA reytinqli, 17 faizi isə AA reytinqli fondlarda saxlanılır. Düzdür, bunların gəlirliyi azdır. Amma böhran şəraitində biz valyuta ehtiyatlarımızı müdafiə etməklə məşğul oluruq. Hesablama Palatasının aşkara çıxardığı nöqsanlar ənənəvidir. satınalmalarla, mənzil kommunal xidmətləri sahəsində normativlərin yerinə yetirilməməsi, təsərrüfat sahələrində insanların yol verdiyi nöqsanlarla və digər məsələlərlə bağlıdır. Yoxlamalar zamanı aşkar olundu ki, yeyintilər qlobal miqyasda deyil. Ən böyük nöqsanlar isə Şəki Mədəniyyət evində aşkarlanıb".

Daha sonra hesabatla bağlı Milli Məclisin İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib. O bildirib ki, Hesablama Palatası 60-a yaxın auditi əhatə edir: "Əvvəllər bu 20 idi. Bunun 3 dəfə artması palatanın işini mükəmməl qurması ilə bağlıdır".

Sonda 97 lehinə, 3 əleyhinə olmaqla hesabat təsdiq olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə