"Ölkə başçısı Əfv Fərmanı ilə hər bir kəsin problemləri üçün çalışdığını göstərir" AÇIQLAMA-ÖZƏL

"Budəfəki Əfv Fərmanı öz spesivikliyi ilə seçilir. Çünki əfvə düşənlərin hamısı 65 yaşından yuxarıdır". Bu fikirlər SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, bu gün Prezident İlham Əliyevin fərmanı ilə 176 nəfərin azadlığa buraxılmasını ölkə başçısının humanistliyi, Onun koronavirus pandemiyası ilə mübarizə dövründə hər kəsin qayğısına qalması kimi göstərmək olar. Deputat söyləyib ki, əfvə salınanlar içərisində 10 nəfər qadın yaşı, 80-i haqlamış və vaxtilə öz əməlinə görə cəza alan insanlar da var: "Cənab prezident bugünkü Fərmanı ilə hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu, hər bir kəsin problemləri üçün çalışdığını göstərir". A. Mirzəzadə söyləyib ki, bu gün ölkəmizdə koronavirusla mübarizədə bütün imkan və addımlardan istifadə edilir: " İnsanların evdə qalması üçün bütün şəraitin yaradılması, tibbi maska istehsalı ilə bağlı müəssisənin işə salınması, bu həftədən başlayaraq sahibkarlara və eyni zamanda işsiz kimi qeydiyyata alınmış insanlar ödənişlərin verilməsi və digərləri hamı üçün çətin olan bir dövrdə Azərbaycan dövlətinin öz vətəndaşının yanında olduğunu göstərir. Cənab Prezidentin xüsusi yaş təbəqəsinə aid insanları əfv etməsi, onlara azadlığa buraxması hesab edirəm ki, bu çətin dövrdə bir çox ailələrə sevinc bəxş etdiyinu göstərir. Tamamilə mümkündür ki, bu, sonuncu addım deyil. Bundan əvvəl cəzasının az bir hissəsi qalmış məhbusların bir hissəsi yerli məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılması barəsində də xəbərlər yayılmışdı. Bütün bunların hamısı cənab Prezidentin xüsusi tapşırığı ilədir. Ölkə başçısının vətəndaşların problemlərinin həlli üçün atdığı humanist addımlar cəmiyyət tərəfindən təqdirdə qarşılanır".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...