"ATƏT-in Minsk qrupunun fəaliyyəti deklorativ fəaliyyətdir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə bu günə kimi qondarma Dağlıq Qarabağ Respublikasında dəfələrlə “seçkilər” keçirilib. Amma bu “seçkilər” qondarma rejimin statusuna bu və ya digər formada təsir göstərməyib". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun reaksiyasında da yer alan əsasən bu məqamlardır: "Əslinə qalsa, hesab edirəm ki, ATƏT-in Minsk qrupunun reaksiyası və ya verdiyi bəyanat olduqca yumşaq bəyanatdır. Çünki orada vurğulanmalı idi ki, qondarma rejimdə keçirilmiş “seçkilər” leqitim ola bilməz, onun heç bir hüquqi əsası yox idi və belə bir “seçkiləri” tanımırıq. Amma açıq şəkildə bu “seçkiləri” biz tanımırıq ifadəsi o bəyanatda yer almır. Sadəcə olaraq diplomatik ifadələr üstünlük təşkil edir. Orada sanki Ermənistanın xətrinə dəymək istəmirlər. Bu mənada mən həmin bəyanatı ciddi bir bəyanat hesab etmirəm. Biz növbəti dəfə müşahidə şahidi olduq ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti deklorativ fəaliyyətdir və münaqişə vəziyyəti ilə bağlı obyektiv sərgiləməyən bir bəyanatdır. Ümumiyyətlə Minsk qrupunun mövqeyi münaqişə vəziyyəti ilə bağlı obyektivliklə uzlaşmır. Təbii ki, bu baxımdan verilmiş bəyanatlar da hesab edirəm ki, real vəziyyətə obyektiv qiymət kimi qəbul oluna bilməz. Digər tərəfdən bu bəyanat zaman baxımından da gecikmiş bəyanat hesab oluna bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə