Milli Məclisin Sədrinə yeni köməkçi təyin edilib

Milli Məclisin Aparatında kadr islahatları davam etdirilir. SİA-nın xəbərinə görə, Aqşin Hümmətov Milli Məclis Sədrinin köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Hümmətov bu təyinata qədər "Yeni Azərbaycan" qəzetində çalışıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Milli Məclisin Sədrinin əvvəlki köməkçisi Füzuli Abbasov parlamentin Analitik informasiya şöbəsinə baş məsləhətçi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...