Vüqar Bayramov: "Ağır və həssas günlərdə dövlət vətəndaşın yanındadır" ÖZƏL-MÜNASİBƏT

Koronavirusun Azərbaycan iqtisadiyyatına və eyni zamanda sahibkarlara təsirinin minimumlaşdırılması ilə bağlı artıq yaradılmış işçi qrupu tərəfindən konkret proqramlar hazırlanıb və 9 proqramın hazırlanması da nəticə etibarı ilə koronavirusun sahibkarlara və eləcə də sahibkarlıq subyektlərində çalışan vətəndaşlarımıza təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır. Bunu SIA-ya açıqlamasında millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, artıq işçi qrupu tərəfindən koronavirusun iqtisadiyyata təsirləri qiymətləndirilib və bu qiymətləndirməyə görə 4 əsas sektor və 20 əsas fəaliyyat sahəsi üzrə koronavirusun təsirləri var və bu təsirlərin azaldılması ilə bağlı konkret proqram təklif olunur.
“Sektorlar üzrə, eyni zamanda bu istiqamətdə ayrılan vəsaitin həcmi 1 milyard manatdan 2,5 milyard manatadək artırılıb və ayrılmış vəsait Ümumi Daxili Məhsulun 3 faizi deməkdir və bu MDB ölkələri arasında ən yüksək göstərici hesab olunur. Nəticə etibarı ilə bu gün hökumət tərəfindən həyata keçirilən siyasətin məqsədi ondan ibarətdir ki, həm sahibkarlar, həm vətəndaşlarımıza dəymiş ziyanı minimumlaşdırmaq mümkün olsun və bu baxımdan da sektoral yanaşma tətbiq olunub və sektoral yanaşma bəzi fəaliyyət sahələrində dəymiş ziyanın tam kompensasiyası, nisbətən az təsir olan fəaliyyət sahələrində bütövlükdə 70 faizlik bir kompensasiyanın həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda mikro, yəni VÖEN-lə fəaliyyət göstərən sahibkarlara və vətəndaşlarımıza da kompensasiya və birbaşa yardım həyata keçiriləcək. Azərbaycanda 1 milyon 555 min muzdlu işçinin 9-15 mini məhz dövlət və eləcə də neft sektorunda çalışır. Onlar təbii ki, bu sektorlarda çalışdığı üçün onların məzuniyyətdə olsalar da belə əməkhaqqlarının ödənilməsi həyata keçirilir. 640 min muzdlu işçi digər, yəni qeyri-dövlət və qeyri-neft sektorunda çalışır və həmin işçilərin şalışdığı sektorlar üzrə də birbaşa dəstək mexanizmi reallaşacaq. Eyni zamanda mikro sahibkar kimi fəaliyyət göstərən 290 min vətəndaşımız da praktik olaraq dəstək almaq imkanına malik olacaq. Onlara da koronavirusun vurduğu ziyan dövlət tərəfindən kompensasiya olunacaq. Bu zaman təbii ki, xüsusən nəzərə almaq lazımdır ki, proqramlardan biri kreditlər üzrə kompensasiya və bütövlükdə kredit öhdəlkləri ilə bağlı olacaq. Bu istiqamətdə 1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda həm də burada faizlərin subsidiyalaşdırılması həyata keçiriləcək. Nəzərə alsaq ki, Dövlət İpoteka və Kredit Zəmanət Fondu tərəfindən belə bir mexanizmin, subsidiya mexanizminin həyata keçirilməsi mümkündür və bu da tətbiq olunacaq. Eyni zamanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən də dəstək nümayiş olunacaq ki, nəticə etibarı ilə bu biznes, eyni zamanda artıq maliyyə qrupu tərəfindən təklif hazırlandıqdan sonra istehlak kreditləşməsi üzrə dövlət dəstəyinin gücləndirilməsinə imkan verəcək. Bütövlükdə bu gün həyata keçirilən siyasətin təbii ki, hədəfi də ondan ibarətdir ki, sahibkarlıq subyektlərində, yəni özəl sektorda çalışan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı rədbirlər davam etdirilsin, koronavirusun onların sosial vəziyyətinə təsirləri minimumlaşdırılsın, eyni zamanda təbii ki, işləməyən vətəndaşlarımız üçün də dəstək mexanizminin gücləndirilməsi nəzərdə tutulub ki, bu ondan xəbər verir ki, əslində bu gün həyata keçirilən koronavirusa qarşı mübarizə siyasətinin əsas hədəfi və məqsədi koronavirusun vətəndaşlarımızın sosial vəziyyətinə təsirlərini minimumlaşdırmaq və belə həssas və eyni zamanda həm dünya üçün, həm də ölkəmiz üçün iqtisadi baxımdan ağır hesab olunan bu dövrdə dövlət birbaşa öz vətəndaşlarına dəstək nümayiş etdirəcək. Bu da təbii ki, bir daha ondan xəbər verir ki, məhz belə ağır və həssas günlərdə dövlət vətəndaşın yanındadır və bütövlükdə Azərbaycanda həyata keçirilən siyasətin məğzi, məqsədi məhz vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi və sözsüz bu istiqamətdə bütün mümkün potensialdan, mümkün imkanlardan istifadə etməklə vətəndaşlarımızın sağlamlığı və eyni zamanda onların sosial təminatının gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsidir”, deyə millət vəkili Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə