"Prezident bütün vətəndaşların qayğısına qalır” ÖZƏL-MÜNASİBƏT

"Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev birmənalı olaraq bildirdi ki, bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

"Ölkə başçısı bu məsələlərdə çox diqqətli davranır. Prezident mümkün olan hər şeyi edir ki, Azərbaycan vətəndaşları bu xəstəlikdən zərər görməsinlər. Təbii ki, bu koronovirus bəlasından qaçmaq mümkün deyil. Amma bununla belə Azərbaycan dövləti, cənab Prezident şəxsən özü zərərin minimuma endirilməsi üçün əlindən gələni edir. Ona görə də dövlət başçısı Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında da etdiyi çıxışda bildirdi ki, burada dövlətin məsuliyyəti öz yerində amma hər bir vətəndaşımızın, insanımızın məsuliyyətli davranması məcburdur. Niyə vacibdir? Ona görə ki, birincisi insan özünü qoruyacaq, ikincisi də ətrafındakları qoruyacaq. Bu baxımdan cənab Prezidentin hər bir insanın, vətəndaşın qayğısına qalması xüsusi olaraq vurğulanmalıdır. Yəni o sadəcə olaraq insanları kateqoriyalara bölüb kimlərinsə qayğısına qalmır. O hər bir vətəndaşın, ən sadə Azərbaycanlının belə qayğısına qalır"-deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...