İrəvan və Qarabağ klanı müharibə astanasında: tarix 31 mart! ANALITIK+FOTO

İrəvan və Qarabağ klanı müharibə astanasında

Dünyada koronavirus tufanının əsməyinə və hələ də insanları ciddi təhlükə altında saxlamasına rəğmən, heç bir önləyici tədbir almayan qondarma "DQR"də "prezident" və "parlament" seçkiləri ətrafında kəskin qarşıdurmalar yaşanmaqdadır. SİA xəbər verir ki, işğalçı Ermənistanın sabiq prezidentləri, əslən Qarabağlı olan Robert Koçaryan və Serj Sarqsyan rejiminin dəstəkçiləri baş nazir Nikol Paşinyanın komandası qarşısında açıq-aşkar meydan oxuyurlar.

Koçaryanın adamı Paşinyanın adamını üstələyib

Xüsusilə saxta seçkilər ərəfəsində qarşıdurma prosesi güclənib. Məsələn, məlum olub ki, qatı Koçaryan tərəfdarı olan Vitali Balasanyan Nikol Paşinyanın adamı hesab edilən Vitalli Balasanyan Masis Mailyanı kifayət qədər üstələyib.

Bu arada o da bəlli olub ki, Paşinyanın adamı Mailyana Rusiyaya giriş qadağası tətbiq edilib. Bu barədə martın 3-də Ermənistanın "Hraparak" qəzeti yazmışdı. Qeyd olunmuşdu ki, Mailyanın Rusiyaya daxil olmasına qoyulan qadağanın müddəti 5 ildir və bunun siyasi səbəbləri var.

Mailyanın Rusiyaya girişinə qoyulan qadağa Nikol Paşinyana göstərilən etimadsızlığın göstəricisidir

İndi isə, "Yerevanskaya başnya" (İrəvan qülləsi) adlı teleqram kanalı bu məsələsi sübut edən sənədin üzünü dərc edib. Sənəddə bildirilir ki, Maliyana Rusiyaya girişinə qoyulan qadağa 5 il müddətinə təyin edilib və qadağa 2020-ci ilin 11 mart tarixindən qüvvəyə minir. Sənəddə həmçinin Mailyanın Ermənistan tərəfindən verilmiş diplomatik pasportunun nömrəsi də əks edilib.

Beləliklə, bir daha bəlli olub ki, "DQR"in "prezidentliyinə" iddialı olan Mailyanın Rusiyaya girişinə qoyulan qadağa Rusiyanın Nikol Paşinyana göstərdiyi etimadsızlığın aşkar göstəricisidir. Bu məsələnin sonradan çərçivədən çıxaraq İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında kəskin qarşıdurmalara səbəb olacağı bəri başdan bəlli olur. Xüsusilə, koronavirusun tüğyan elədiyi bir zamanda bu məsələ hər iki tərəf üçün siyasi ölüm reallığını təsdiq edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...