Dünya virusla mübarizə aparır - qondarma rejim isə... HİDDƏT

Dünya virusla mübarizə aparır - qondarma rejim isə... HİDDƏT

Dünyanın koronavirusla mübarizə apardığı bir zamanda, işğal altındakı torpaqlarımızdakı qondarma və heç bir ölkə tərəfindən tanınmayan "DQR" saxta "seçkilərə" hazırlaşır. Hətta işğalçı Ermənistan belə, koronavirusa görə "DQR"ə gedən yolları bağlayıb və belə bir vəziyyətdə separatçıların "seçki" oyunbazlıqları sübut edir ki, erməniçilik anlamında insan amili ümumiyyətlə, mövcud deyil. SİA aysor.am-a istinadən xəbər verir ki, tanınmayan "respublikanın" saxta "prezidenti" Bako Saakyan "hakimiyyətinin" ömrünü uzatmaq üçün onu dəstkləyən "hökumət" üzvləri ilə "iclas" keçirib. "İclasda" martın 31-ə təyin olunmuş "seçkilər" müzakirə olunub.

Dünyada bütün əhəmiyyətli beynəlxalq idman, mədəniyyət, siyasət və s. tədbirlərin təxirə salındığı bir zamanda qondarma "DQR" rejiminin belə bir üsula əl atması hiddət doğurur

Sirr deyil ki, seçki prosesi kütləvilik xarakteri daşıyır və əgər qondarma rejim martın 31-də onu tətbiq edərsə, işğal altındakı ərazilərimizdə koronavirusun yayılması rsiki kifayət qədər arta, ətraf bölgələri yoluxdura bilər. Guya bunun qarşısını almaq üçün "iclasda" çıxış edən Saakyan deyib ki, "seçkiöncəsi" mərhələdə sanitar-gigiyenik qaydalara riayət olunması üçün "profilaktik tədbirlər" görülməlidir və s.

Dünyada bütün əhəmiyyətli beynəlxalq idman, mədəniyyət, siyasət və s. tədbirlərin təxirə salındığı bir zamanda qondarma "DQR" rejiminin belə bir üsula əl atması hiddət doğurur və təəccübləndirir. Əslində bu məsələ ilə bağlı işğalçı Ermənistana və onun himayə etdiyi tanınmayan rejimə qarşı sərt tədbirlər görülməlidir və ümid edək ki, belə də olacaq. Həm də ümid edirik ki, bu "seçkilər" işğalçılar üçün sonuncusudur. Çünki böyük qayıdış günü elə də uzaqda deyil!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə