Avropa İttifaqı Liviya lideri Müəmmar Qəddafi rejiminə qarşı sərtləşdirilmiş sanksiyalar tətbiq edib

Avropa İttifaqı Liviya lideri Müəmmar Qəddafi rejiminə qarşı sərtləşdirilmiş sanksiyalar tətbiq edib
Avropa İttifaqı (Aİ) Liviya lideri Müəmmar Qəddafi rejiminə qarşı sərtləşdirilmiş sanksiyalar tətbiq edib. SİA-nın məlumatına görə, qərar Lüksemburqda Aİ-yə daxil olan 27 ölkənin xarici işlər nazirləri tərəfindən qəbul edilib. Bu barədə Aİ-nin baş diplomatı Ketrin Eşton xəbər verib.

"Şura rejim əleyhinə əlavə məhdudlaşdırıcı tədbirlər təsdiq edib. O cümlədən lazım gələrsə Şura neft, qaz, maliyyə rejimin qarşısının alınması ilə bağlı da qərar qəbul edə bilər", - deyə baş diplomat jurnalistlərə bildirib.

Qəddafiyə qarşı konkret hansı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı məlumatı açıqlamayan K.Eşton əlavə edib ki, Aİ-na dail olan ölkələr: "Liviya hökümətini neft qaz ixracına dair vəsaitlərdən məhrum edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə